“Real” yeni baş məşqçisinin adını açıqladı

21:21 / 01.06.2021
2684
Karlo Ancelotti Madrid "Real”ının baş məşqçisi təyin olunub.
Bu barədə kral klubunun mətbuat xidməti məlumat yayıb.
O, bu postda mayın 27-də komandanı tərk etmiş Zinəddin Zidanı əvəzləyib.
Qeyd edək ki, Ancelotti 2013-2015-ci illərdə "Real”ı çalışdırıb və komanda ilə İspaniya Kubokunu, Çempionlar Liqasını, UEFA Superkubokunu və klublararası dünya çempionatını qazanıb.