12-ci dəfə yanğın hadisəsi törədən Sərdardan açıqlama: “Yandırmadan dayana bilmirəm, nə edim?"

17:07 / 01.06.2021
3649
11 dəfə yanğın hadisəsi törədən 39 yaşlı Sərdar Urqan yenidən eyni addımı atıb.
Sfera.az bildirir ki, hadisə bu gün Türkiyənin Antaliya şəhərində günorta saatlarında baş verib. Belə ki, sözügedən şəxs bu dəfə iki mərtəbəli binanı yandırmağa cəhd göstərib. Hadisə yerinə cəlb edilən yanğınsöndürənlər iş başında olarkən Sərdar Urqan qaçmaq istəsə də, polislər tərəfindən şübhəli şəxs qismində saxlanılıb.
Daha əvvəl də "Yandırmadan dayana bilmirəm, nə edim? Yandırıb daha sonra qarşısında oturub izləyirəm”, - deyə bildirən vətəndaş polis mərkəzinə aparılıb.
Hadisə ilə bağlı psixiatr Tahsin Etli bilərəkdən yanğın törətmə istəyinin "piromani” adlandırıldığını və ruhi xəstəliklərin simptomlarından biri olduğunu deyib. Mütəxəssisin sözlərinə görə, adətən diqqət mərkəzində olmaq istəyənlər bu cür addım atırlar.
Türkan
Sfera.az