Azərbaycanda pul bazasının həcmi tarixi maksimuma yüksəldi

İqtisadiyyat
15:07 / 01.06.2021
1772
Azərbaycanda manatla olan pul bazasının həcmi tarixinin ən yüksək həddinə çatıb.
Mərkəzi Bankın 2021-ci ilin iyunun 1-nə olan məlumatına əsasən, manatla pul bazasının həcmi 13,856 milyard manat təşkil edib. Bu məbləğ apreldə qeydə alınan məbləğdən 575,2 milyon manat və ya 4,33 faiz yüksəkdir. İlin əvvəli ilə müqayisədə pul bazası 292,6 milyon manat, bir il əvvəllə müqayisədə isə 2,935 milyard manat (26,9 faiz) yüksək olub.
Sfera.az bildirir ki, pul bazası dedikdə pul kütləsinin Mərkəzi Bank tərəfindən qısa müddət ərzində dəyişdirilə bilən hissəsi nəzərdə tutulur. Pul bazasının tərkibinə dövriyyədə olan nağd pul və bank ehtiyatları, yəni kommersiya banklarının Mərkəzi Bankdakı müxbir hesablarının qalıqları daxildir.
Pul bazasının həcminin tarixi maksimuma yüksəlməsi həm nağd pulun həcminin, həm də bank ehtiyatlarının artması ilə bağlıdır. İlin əvvəlindən nağd pul kütləsinin həcmi və bank ehtiyatları artır.
Vasif
Sfera.az