Nərmini qətlə yetirməkdə ittiham olunan İlkin məhkəmədə danışdı: “Təqsirsizəm…”

Nərmini qətlə yetirməkdə ittiham olunan İlkin məhkəmədə danışdı: “Təqsirsizəm…”
Gəncə Ağır Cinayətlər Məhkəməsində Tovuz rayonunun Dondar Quşçu kəndində qətlə yetirilən azyaşlı Nərmin Quliyevanı öldürməkdə təqsirləndirilən kənd sakini İlkin Süleymanovun növbəti məhkəmə iclası keçirilib.

Sfera.az xəbər verir ki, bu gün Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Dadaş İmanovun sədrliyi ilə baxış iclası keçirilib. Keçirilən prosesdə ittiiham aktı elan olunub. İttihama münasibət bildirən İlkin Süleyumanov özünü təqsirli bilməyib.

Məhkəmə baxışı zamanı İlkin Süleymanovun ev dustaqlığına buraxılması istənilsə də, vəsatət təmin edilməyib.

İttiham aktında qeyd olunub ki, Dondar Quşçu kənd sakini, 1973-cü il təvəllüdlü Süleymanov İlkin İbrahim oğlu tutularaq istintaqa cəlb edilib, ona Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə), 144.3 (adam oğurluğu) və başqa maddələr ilə təqsirli bilinərək barəsində cinayət işi açılıb.

İstintaq orqanı tərəfindən İlkin Süleymanovun barəsində Cinayət Məcəlləsinin 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə, habelə adam oğurluğu və ya girov götürülməsi ilə bağlı adam öldürmə) və 145.3-cü (qanunsuz azadlıqdan məhrum etmə, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə ittiham elan edilib.

Növbəti baxış iclası iyunun 16-na təyin olunub.

OXŞAR XƏBƏRLƏR

Azərbaycan XİN İranın Ermənistandakı səfirinin əsassız iddialarına cavab verib

İran İslam Respublikasının Ermənistan Respublikasındakı səfiri Mehdi Sobhaninin guya Azərbaycan ərazisindən İrana qarşı istifadə edilməsi, yəni İsrail dronların...

Premyer Liqada yeniliklərolacaq

İngiltərə çempionatında əvəz edilən futbolçulardan oyun zamanı müsahibə almağa icazə veriləcək.   Sfera.az xəbər verir ki, yeni mövsümdə "S...

İsrail Ordusu Qəzzada 1 km-lik tuneli belə məhv etdi – ANBAAN VİDEO

  İsrail ordusu Qəzzanın şimalında 1 km-lik tuneli dağıdıb.   Sfera.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələri məlumat yayıb....

Kişilər arasında işsizlər qadınlardan ÇOXDUR? – STATİSTİK MÜƏMMA

2025-ci il iyun ayının 1-i vəziyyətinə görə, Dövlət Məşğulluq Agentliyinin yerli qurumlarında qeydiyyata alınmış işsiz şəxslərin sayı 229,9 min nəfər olub. Dövl...

Ermənistan İstintaq Komitəsinin binası ətrafında saxlanılanlar var

Ermənistan İstintaq Komitəsinin binası yaxınlığında saxlanılanlar var.   Sfera.az xəbər verir ki, bu haqda “News.am” məlumat yayıb. &n...

Tramp Yaxın Şərqdə yeni sistem formalaşdırır - Kosaçev

ABŞ Prezidenti Donald Trampın İrana qarşı addımında məqsədi təkcə İsrailə deyil, həm də nüfuzlu monarxiyalar arasından əsas oyunçulara arxalanaraq Yaxın Şərqdə ...