“Azərpoçt” Qarabağda maliyyə xidmətləri göstərmək istəyir

11:50 / 01.06.2021
1327
"Azərbaycanın işğaldan azad edilmiş ərazilərdə yeni poçt şöbələri qurulacaq və artıq onların yerləri müəyyən edilib".
Sfera.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə məxsus "Azərpoçt” MMC-nin baş direktorunun müavini Xəyyam Əlizadə deyib.
Onun sözlərinə görə, təmsil etdiyi qurum həmin filiallarda maliyyə xidmətləri də göstərmək istəyir və bunun üçün Azərbaycan Mərkəzi Bankından (AMB) yeni lisenziyalar almaq niyyətindədir: