Rusiya Türkiyədən pomidor idxalı kvotasını artırdı, Azərbaycan 31 milyon dollar itirdi

Rusiya Türkiyədən pomidor idxalı kvotasını artırdı, Azərbaycan 31 milyon dollar itirdi
Rusiyanın Azərbaycandan pomidor idxalını azaltmasının səbəbləri bəlli olur. Şimal qonşumuz Türkiyəyə daha böyük miqdarda pomidor ixracına imkan yaradır ki, bu da digər ölkələrdən pomidor alışını azaldır. 

Yeni qərara əsasən Rusiya Türkiyədən pomidorun idxalının həcminə tətbiq etdiyi illik kvotanı daha 50 min ton və ya 20 % artıraraq 250 min tondan 300 min tona çatdırıb. 

Sfera.az xatırladır ki, Rusiya 2015-ci ildə iki ölkə arasında yaranmış siyasi böhrandan sonra Türkiyə pomidoruna qarşı embarqo tətbiq etmişdi. 2017-ci ildə embarqo götürülsə də, 100 min tonluq kvota tətbiq edilmiş, sonradan bu rəqəm 200 min tona, ötən ilin dekabr ayında isə 250 min tona çatdırılmışdı.

Türkiyəyə qarşı sanksiyanın tətbiq edilməsinin ardınca Azərbaycanın Rusiyaya pomidor ixracı kəskin artmışdı. Amma Türkiyə ilə münasibətlər normallaşdığından pomidor idxalı yenidən artır və bu, digər ölkələrdən idxalın azalmasına gətirib çıxarır. 

2021-ci ilin yanvar-aprel aylarında Azərbaycan Rusiyaya 36,7 min ton pomidor satıb. 2020-ci ilin yanvar-aprel aylarında ixracın miqdarı 59 min ton idi. Ötən illə müqayisədə pomidor ixracının miqdarı 62,2 faiz və ya 22,3 min ton azalıb.  Miqdarın azalması dəyər ifadəsində də azalmaya səbəb olub. Bu ilin ilk 4 ayında 42,3 milyon dollarlıq pomidor satılıb ki, bu da 31 milyon dollar azalmadır. 

Vasif
Sfera.az



OXŞAR XƏBƏRLƏR

Qızılın qiymətində durğunluq - Almaq üçün əla fürsət

Qızıl bazarında nadir müşahidə olunan hal yaşanır. Bazarda qiymətlər ötən ayla müqayisədə aşağı düşüb.   Sfera.az Xəzər TV-yə istinadla xəbər ve...

Həlak olan fələstinlilərin sayı 57,8 minə çatıb

İsrail zərbələri nəticəsində Qəzza zolağında ölənlərin sayı son 24 saat ərzində 59 nəfərə çatıb, 208 vətəndaş yaralanma ilə xəstəxanaya yerləşdirilib.  ...

Acunun 22 milyon borcu var

Acun İlıcalının İngiltərədə 22 milyon funt sterlinq borca girdiyi bildirilib.   Sfera.az xəbər verir ki, tanınmış media maqnatının sahibi olduğu &quo...

Türkiyədə kağız fabrikində 50-yə yaxın işçi zəhərləndi

Türkiyənin qərbindəki Aydın vilayətində kağız fabrikinin 50-yə yaxın işçisi qidadan zəhərlənmə şübhəsi ilə xəstəxanaya yerləşdirilib.   Sfera.az ...

Xalq artistinin oğlu: "Həkim səhlənkarlığı ucbatından atamı itirdim"

"Azdrama"ya getmirəm. Elə bil ayağım getmir. "Azdrama" deyəndə teatrın köhnə vaxtları yadıma düşür. Təmirdən sonra teatr tam dəyişib. Bir də...

Gəncədə partlayışda ağır xəsarət alan şəxs öldü

Bir neçə gün əvvəl Gəncədə baş vermiş partlayış və yanğın hadisəsi nəticəsində ağır xəsarət alan şəxs müalicə aldığı xəstəxanada ölüb.   Sfera.az xəb...