Evdə meyiti tapılan qadının qətlə yetirildiyi məlum oldu

Kriminal
11:17 / 01.06.2021
1601
Bakıda Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşları tərəfindən meyiti tapılan qadının qətlə yetirildiyi məlum olub.
Sfera.az-ın məlumatına görə, hadisə Sabunçu rayonu, Bakıxanov qəsəbəsində qeydə alınıb.
30 yaşlı Turanə Cəfərovanın meyiti onun yaşadığı evdə aşkarlanıb. Qadının elektrik naqili ilə boğulduğu ehtimal edilir.
Faktla bağlı Sabunçu Rayon Prokurluğunda araşdırma aparılır.