"Kapital Bank" və “Qırmızı Ürəklər” uşaqlar üçün sosial aksiya keçirdi

Xəbər verdiyimiz kimi, 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü ərəfəsində "Kapital Bank" ASC və "Qırmızı Ürəklər” ("Red Hearts”) Xeyriyyə Fondu Daun sindromlu şəxslər üçün layihə həyata keçirirdi. "Hər şey mümkündür!” adlı layihənin əsas məqsədi diqqətdən kənarda qalan bu insanların istər mənəvi, istərsə də maddi cəhətdən cəmiyyətdə aktiv iştirakını təmin etməkdir.

Daun sindromlu şəxslərin uğurlu olduğu əsas sahələrdən biri incəsənətdir. Həssas xarakterləri ilə assosiasiya edilən musiqi, rəsm kimi incəsənət sahələrində Daun sindromlu insanlar dünya səviyyəsində şöhrət qazana bilirlər. Məhz bu səbəbdən də layihə çərçivəsində "Kapital Bank" və "Qırmızı Ürəklər” fondu Daun sindromlu uşaqlar üçün 4 istiqamətli (rəsm və gil sənəti, inklüziv rəqs, foto modellik və qurama sənəti) təlimlər təşkil edib. Layihə ilə bağlı qısa video çarx hazırlanıb – //youtu.be/KnSmpgpiArI.

"Hər şey mümkündür!” layihəsinin yeni təqdim olunmasına baxmayaraq, artıq beynəlxalq səviyyədə uğur qazana bilib. Belə ki, layihənin təqdimatı zamanı hazırlanan video çarx Ukraynada keçirilən "Kyiv International Advertising Festival”da iki nominasiya üzrə bürünc medal qazanıb.

Daun sindromlu şəxslər üçün ianələr hələ də davam edir. İanələri "Kapital Bank"ın filiallarında və bir sıra iri market şəbəkələrində quraşdırılan terminallar vasitəsilə etmək olar. Bundan başqa yalnız 1 iyun 2021-ci il tarixində "BirBank" mobil tətbiqində bonus şəklində toplanan "Ürəklər”i ianə formasında "xərcləyərək”, hər 100 000 "ürək” müqabilində layihəyə 10 manat yardım etmək mümkündür.

Ölkənin I bankı olan "Kapital Bank" "PAŞA Holdinq" MMC-yə daxildir, Azərbaycanda ən böyük filial şəbəkəsi – 103 filialı və 20 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və yaxud Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.

 

OXŞAR XƏBƏRLƏR

Qızılın qiymətində durğunluq - Almaq üçün əla fürsət

Qızıl bazarında nadir müşahidə olunan hal yaşanır. Bazarda qiymətlər ötən ayla müqayisədə aşağı düşüb.   Sfera.az Xəzər TV-yə istinadla xəbər ve...

Həlak olan fələstinlilərin sayı 57,8 minə çatıb

İsrail zərbələri nəticəsində Qəzza zolağında ölənlərin sayı son 24 saat ərzində 59 nəfərə çatıb, 208 vətəndaş yaralanma ilə xəstəxanaya yerləşdirilib.  ...

Acunun 22 milyon borcu var

Acun İlıcalının İngiltərədə 22 milyon funt sterlinq borca girdiyi bildirilib.   Sfera.az xəbər verir ki, tanınmış media maqnatının sahibi olduğu &quo...

Türkiyədə kağız fabrikində 50-yə yaxın işçi zəhərləndi

Türkiyənin qərbindəki Aydın vilayətində kağız fabrikinin 50-yə yaxın işçisi qidadan zəhərlənmə şübhəsi ilə xəstəxanaya yerləşdirilib.   Sfera.az ...

Xalq artistinin oğlu: "Həkim səhlənkarlığı ucbatından atamı itirdim"

"Azdrama"ya getmirəm. Elə bil ayağım getmir. "Azdrama" deyəndə teatrın köhnə vaxtları yadıma düşür. Təmirdən sonra teatr tam dəyişib. Bir də...

Gəncədə partlayışda ağır xəsarət alan şəxs öldü

Bir neçə gün əvvəl Gəncədə baş vermiş partlayış və yanğın hadisəsi nəticəsində ağır xəsarət alan şəxs müalicə aldığı xəstəxanada ölüb.   Sfera.az xəb...