"Türkiyədən gətirilən məhsullar ucuzlaşacaq"- İqtisadçı səbəbləri izah edir

Türkiyə lirəsinin Azərbaycan manatına qarşı rəsmi məzənnəsi 1,3 faiz azalaraq 0,1983 manat təşkil edib. Son bir ay ərzində isə Türkiyənin milli valyutası dollar qarşısında da mütəmadi olaraq dəyər itirib.

Maraqlıdır, lirənin ucuzlaşmasının Azərbaycan üçün nə kimi təsirləri ola bilər?

Mövzunu Sfera.az-a şərh edən iqtisadçı ekspert Natiq Cəfərli lirənin dəyər itirməsinin Azərbaycanda ucuzlaşmaya səbəb olacağını bildirib. Ekspert artıq bəzi brendlərdə qiymətlərin aşağı düşdüyünü deyib:
 
"Türkiyə lirəsi bazar iqtisadiyyatı şəraitində tənzimlənən məzənnələrdən biridir və bu məzənnə tez-tez oynayır. Azərbaycan manatının məzənnəsi isə sabitdir, çünki inzibati qaydada tənzimlənir. Türk lirəsinin qiymətinin düşməsi Azərbaycana türk məhsullarının ixracını stimullaşdıran amilə çevrilir. Bu baxımdan türk məhsulları ölkəmizə daha çox gətiriləcək və bu məhsullarda ucuzlaşma qeydə alınacaq. Lakin hələ ki, belə dəyişiklik nəzərə çarpacaq dərəcədə hiss edilmir".
 
N.Cəfərli ucuzlaşmasının qarşıdakı zaman ərzində daha çox hiss ediləcəyini vurğulayıb: "Bir müddət lazımdır ki, Azərbaycana yeni məzənnə ilə gətirilən məhsullar bazara çıxarılsın və ucuz qiymətə təqdim edilsin. Artıq Bakıda bəzi mağazalarda Türkiyədən gətirilən geyim məhsullarında, bir sıra brendlərdə ucuzlaşma hiss olunur. Lakin ümumilikdə ciddi şəkildə ucuzlaşma hiss edilmir. Əgər məzənnə davamlı şəkildə aşağı olaraq qalarsa, biz qiymətlərin daha da azalmasının şahidi olacağıq".
 
Əzizə Zeyal
Sfera.az
 

OXŞAR XƏBƏRLƏR

Qızılın qiymətində durğunluq - Almaq üçün əla fürsət

Qızıl bazarında nadir müşahidə olunan hal yaşanır. Bazarda qiymətlər ötən ayla müqayisədə aşağı düşüb.   Sfera.az Xəzər TV-yə istinadla xəbər ve...

Həlak olan fələstinlilərin sayı 57,8 minə çatıb

İsrail zərbələri nəticəsində Qəzza zolağında ölənlərin sayı son 24 saat ərzində 59 nəfərə çatıb, 208 vətəndaş yaralanma ilə xəstəxanaya yerləşdirilib.  ...

Acunun 22 milyon borcu var

Acun İlıcalının İngiltərədə 22 milyon funt sterlinq borca girdiyi bildirilib.   Sfera.az xəbər verir ki, tanınmış media maqnatının sahibi olduğu &quo...

Türkiyədə kağız fabrikində 50-yə yaxın işçi zəhərləndi

Türkiyənin qərbindəki Aydın vilayətində kağız fabrikinin 50-yə yaxın işçisi qidadan zəhərlənmə şübhəsi ilə xəstəxanaya yerləşdirilib.   Sfera.az ...

Xalq artistinin oğlu: "Həkim səhlənkarlığı ucbatından atamı itirdim"

"Azdrama"ya getmirəm. Elə bil ayağım getmir. "Azdrama" deyəndə teatrın köhnə vaxtları yadıma düşür. Təmirdən sonra teatr tam dəyişib. Bir də...

Gəncədə partlayışda ağır xəsarət alan şəxs öldü

Bir neçə gün əvvəl Gəncədə baş vermiş partlayış və yanğın hadisəsi nəticəsində ağır xəsarət alan şəxs müalicə aldığı xəstəxanada ölüb.   Sfera.az xəb...