TuranBank ASAN Könüllüləri ilə birlikdə uşaqları sevindirdi - FOTO

TuranBank ASAN Könüllüləri ilə birlikdə uşaqları sevindirdi - FOTO
TuranBank ASAN Məktub layihəsi çərçivəsində aztəminatlı ailələrin, o cümlədən şəhid övladlarının arzularını gerçəkləşdirib.

Sfera.az xəbər verir ki, sosial məsuliyyətli bankçılıq prinsiplərinə sadiq qalan TuranBank 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi günü münasibətilə növbəti xeyriyyə aksiyasına imza atıb.
 
Bank YAŞAT Fondunun təşkilatı dəstəyi ilə "ASAN Məktub” layihəsi çərçivəsində ASAN Könüllüləri ilə birgə aztəminatlı ailələrdən olan uşaqların, o cümlədən şəhid və qazi övladlarının arzularını gerçəkləşdirib.

Layihə çərçivəsində bank əməkdaşları ASAN Könüllüləri ilə birlikdə ASAN Məktub vasitəsilə öz arzularını yazan uşaqların görüşünə getmiş, uşaqlara istəklərinə uyğun müxtəlif hədiyyələr təqdim edib.  Bildirək ki, adıçəkilən sosial layihə çərçivəsində TuranBank ümumilikdə 30 uşağı sevindirib.

Məlumat üçün qeyd edək ki, TuranBank Korporativ Sosial Məsuliyyət proqramı çərçivəsində daim həssas əhali qruplarını diqqət mərkəzində saxlayır və dəstək olur. Bankımız hər zaman şəhidlərimizin ailə üzvlərinin və qazilərimizin sosial müdafiəsi və ehtiyaclarının qarşılanması üzrə təşəbbüslərdə aktiv iştirak edir. Bu ənənəyə sadiq qalan bankımız "YAŞAT" Fondu ilə birlikdə mütəmadi olaraq sosial layihələrdə əməkdaşlıq edir.
 
Bildiririk ki, TuranBank həssas əhali qruplarına, o cümlədən gələcəyimiz olan uşaqlara dəstək layihələrini, sosial həssas əhali qruplarının ehtiyaclarının qarşılanması üzrə aksiyalarını davam etdirəcək.

OXŞAR XƏBƏRLƏR

Qızılın qiymətində durğunluq - Almaq üçün əla fürsət

Qızıl bazarında nadir müşahidə olunan hal yaşanır. Bazarda qiymətlər ötən ayla müqayisədə aşağı düşüb.   Sfera.az Xəzər TV-yə istinadla xəbər ve...

Həlak olan fələstinlilərin sayı 57,8 minə çatıb

İsrail zərbələri nəticəsində Qəzza zolağında ölənlərin sayı son 24 saat ərzində 59 nəfərə çatıb, 208 vətəndaş yaralanma ilə xəstəxanaya yerləşdirilib.  ...

Acunun 22 milyon borcu var

Acun İlıcalının İngiltərədə 22 milyon funt sterlinq borca girdiyi bildirilib.   Sfera.az xəbər verir ki, tanınmış media maqnatının sahibi olduğu &quo...

Türkiyədə kağız fabrikində 50-yə yaxın işçi zəhərləndi

Türkiyənin qərbindəki Aydın vilayətində kağız fabrikinin 50-yə yaxın işçisi qidadan zəhərlənmə şübhəsi ilə xəstəxanaya yerləşdirilib.   Sfera.az ...

Xalq artistinin oğlu: "Həkim səhlənkarlığı ucbatından atamı itirdim"

"Azdrama"ya getmirəm. Elə bil ayağım getmir. "Azdrama" deyəndə teatrın köhnə vaxtları yadıma düşür. Təmirdən sonra teatr tam dəyişib. Bir də...

Gəncədə partlayışda ağır xəsarət alan şəxs öldü

Bir neçə gün əvvəl Gəncədə baş vermiş partlayış və yanğın hadisəsi nəticəsində ağır xəsarət alan şəxs müalicə aldığı xəstəxanada ölüb.   Sfera.az xəb...