Neftin qiyməti niyə 70 dollar həddini ötə bilmir? - SƏBƏBLƏR

Neftin qiyməti niyə 70 dollar həddini ötə bilmir? - SƏBƏBLƏR
"Brent” markalı neftin qiyməti son 3 ayda bir neçə dəfə 70 dollara yaxınlaşsa da, bu həddi hələ də keçə bilməyib. 

Axırıncı dəfə 2019-cu ilin mayında qiymət 70 dollar həddini ötmüşdü. Amma sonra pandemiya ilə əlaqədar neftin qiyməti 20 dollar səviyyəsinə düşdü və yalnız "OPEC+” çərçivəsində güclü razılaşmaların əldə edilməsindən sonra qiymət yüksələrək 60 səviyyəsini ötdü.
 
Sfera.az xatırladır ki, "Brent” markalı neft 2021-ci ilin fevralından 60 dollardan baha satılır. Ötən müddətdə bir neçə dəfə qiymət 70 dollara yaxınlaşsa da, bu həddi keçə bilməyib. 

Bəs, neft qiymətlərinin 70 dollar həddini ötə bilməməsi nə ilə bağlıdır? Bu, "OPEC+” çərçivəsində əldə edilən razılaşmanın nəticəsi ola bilərmi?

Bu barədə Sfera.az saytına danışan neft-qaz sahəsi üzrə ekspert Zəfər Vəliyev hesab edir ki, neft qiymətlərinin 70 dollar həddini ötməməsi bazarın bu qiymət səviyyəsini qəbul etməməsi ilə bağlıdır: 

"Neftin qiymətini təyin edən bir neçə faktor var. Bu faktorların ikisi əsasdır. Bunlardan biri tələb-təklif balansı, ikincisi maliyyə bazarlarıdır.
 
OPEC və müttəfiqlərinin 2016-cı ildən bəri Vyana sazişi çərçivəsində atdığı əsas addımlardan biri maliyyə bazarlarının neftin qiymətini təyinetmə qabiliyyətini yaxşılaşdırmasıdır. Neftin qiymətinin 70 dollara yaxşılaşması və sonradan sürətlə 3-4 faiz azalması o deməkdir ki, real bazarlar süni qiymət artımını qəbul etmir. 

Bazar iştirakçılarının əsas vəzifələri neft bazarlarında möhkəm tarazlığı təmin etməkdir. Bunun üçün isə tələb təklif balansı qorunmalıdır. Əgər bu mümkün olarsa, neftin ağırlıq mərkəzi də bərpa edilmiş olacaq və neftin qiymətində sabitlik yaranacaq”.

Z.Vəliyev proqnozlaşdırır ki, 2021-ci il üçün neftin məqbul qiyməti 65-67 dollar olacaq. Lakin o, qiymətlə bağlı müəyyən risklərin olduğunu da dedi: 

"Bu il bir neçə dəfə neftin qiyməti 70 dollara yaxınlaşıb. Amma çox qısa müddət sonra neftin qiyməti aşağı düşüb. Bu, o deməkdir ki, fiziki bazarlar neftin yüksək qiymətlərini hələ ki, qəbul etmir. 

Neftin qiymətinə İrana qarşı qoyulan qadağaların aradan qaldırılması təsir edə bilər. Qadağa aradan qaldırılarsa, İran qısa müddətdə gün ərzində bazarlara əlavə olaraq 1,4-1,8 milyon barel neft çıxaracaq. Hazırda İranın gündəlik neft hasilatı 2,4 milyon bareldir. İranın hasilatının birdən-birə kəskin artması neftin qiymətini təhdid altına ala bilər. 

Neft bazarlarında qeyri-müəyyənlik davam edir. İndi əsas məsələ "OPEC+” çərçivəsində öhdəliklərə əməl edilməsidir. Öhdəliklərə əməl edilərsə, qiymətlər sabitləşər. Sabit qiymət həm istehsalçılara, həm də istehlakçılara sərf edir”. 

Vasif
Sfera.az

  


OXŞAR XƏBƏRLƏR

Qızılın qiymətində durğunluq - Almaq üçün əla fürsət

Qızıl bazarında nadir müşahidə olunan hal yaşanır. Bazarda qiymətlər ötən ayla müqayisədə aşağı düşüb.   Sfera.az Xəzər TV-yə istinadla xəbər ve...

Həlak olan fələstinlilərin sayı 57,8 minə çatıb

İsrail zərbələri nəticəsində Qəzza zolağında ölənlərin sayı son 24 saat ərzində 59 nəfərə çatıb, 208 vətəndaş yaralanma ilə xəstəxanaya yerləşdirilib.  ...

Acunun 22 milyon borcu var

Acun İlıcalının İngiltərədə 22 milyon funt sterlinq borca girdiyi bildirilib.   Sfera.az xəbər verir ki, tanınmış media maqnatının sahibi olduğu &quo...

Türkiyədə kağız fabrikində 50-yə yaxın işçi zəhərləndi

Türkiyənin qərbindəki Aydın vilayətində kağız fabrikinin 50-yə yaxın işçisi qidadan zəhərlənmə şübhəsi ilə xəstəxanaya yerləşdirilib.   Sfera.az ...

Xalq artistinin oğlu: "Həkim səhlənkarlığı ucbatından atamı itirdim"

"Azdrama"ya getmirəm. Elə bil ayağım getmir. "Azdrama" deyəndə teatrın köhnə vaxtları yadıma düşür. Təmirdən sonra teatr tam dəyişib. Bir də...

Gəncədə partlayışda ağır xəsarət alan şəxs öldü

Bir neçə gün əvvəl Gəncədə baş vermiş partlayış və yanğın hadisəsi nəticəsində ağır xəsarət alan şəxs müalicə aldığı xəstəxanada ölüb.   Sfera.az xəb...