BirBank ödəniş terminalları danışıq dəqiqələri və mobil internet qazandırır

İqtisadiyyat
14:25 / 31.05.2021
2445
Məlumat verdiyimiz kimi,
müştəri xidməti keyfiyyətinin artırılmasına, bir sıra bank əməliyyatlarının
24/7 rejimində fasiləsiz təqdim edilməsinə böyük önəm verən Kapital Bank, bir
müddət əvvəl yeni nəsil ödəniş terminallarının quraşdırılmasına başlayıb.
Sfera.az xəbər verir ki, bu
terminallar bankın filialları ilə yanaşı ölkənin bir sıra iri market şəbəkələrində
də mövcuddur və quraşdırma prosesi hazırda davam edir.
30 iyun 2021-ci il tarixinədək
müştərilər BirBank ödəniş terminalları ilə kommunal ödənişləri həyata keçirdikdə
Azercell və ya Bakcell-dən 50 pulsuz danışıq dəqiqəsi və 100 MB həcmində mobil
internet qazanacaqlar. Aksiya çərçivəsində qeyd olunan ödənişlər abonentə hədiyyə
qazandıracaq: AzəriQaz, AzəriQaz Smartcard, Azərİşıq, AzərİstilikTəchizat, NaxçıvanQaz,
Naxçıvanİşıq, AzərSu və NaxçıvanSu. Hər abonent kodu aksiya zamanı bir dəfə hədiyyə
qazana bilər. Ətraflı məlumat üçün – //kbl.az/bbptc.
Qeyd edək ki, bu
terminallar funksionallıq baxımından daha geniş imkanlara malikdir. Yeni
terminallarda kredit ödənişləri, cari hesablara mədaxillər, kart balansının
artırılması, kredit və BirKart sifarişi, kommunal, rabitə, TV, İnternet, avans,
aliment, sığorta, məhkəmə, bələdiyyə, vergi, DSMF, cərimə, təhsil (BDU, ADNSU, ATU,
ADPU və s.) ödənişləri, "Xəzri” pul köçürməsi və bir sıra başqa ödənişlər etmək
olar. Ödənişləri həm nağd, həm də nağdsız formada həyata keçirmək olar. Nağdsız
ödənişləri etmək üçün terminalın "card reader” yerindən və ya təmassız NFC
funksiyasından istifadə etmək lazımdır.
Bundan başqa biznes
kartlarına mədaxillər də yeni nəsil terminallar vasitəsilə mümkündür. Mədaxillər
AZN ilə yanaşı USD və EUR valyutasında da həyata keçirilə bilər. Kapital
Bank-ın istənilən kartına daxil edilən vəsaitlər, digər ödəniş terminalları ilə
müqayisədə hesaba müəyyən qrafik üzrə deyil, dərhal mədaxil olunur.