Bu ölkədə istirahət etmək azərbaycanlılar üçün indi daha sərfəli oldu

Bu ölkədə istirahət etmək azərbaycanlılar üçün indi daha sərfəli oldu
Ötən həftə Türkiyənin milli valyutası olan lirə ilə dolların məzənnəsində yeni antirekord qeydə alınıb. Dollar/lirə kursu mayın 28-də 8,57 həddini ötüb ki, bu da 2020-ci ilin noyabrın 6-da qeydə alınan məzənnədən (8,52) daha yüksəkdir. 
 
Sfera.az xatırladır ki, lirə 2021-ci ilin fevralın 20-dən sonra yenidən ucuzlaşır. Həmin tarixdə dollar/lirə məzənnəsi 6,95 idi və ötən müddətdə lirə 17 faiz ucuzlaşıb. 

Lirənin ucuzlaşması Türkiyənin cari əməliyyatlar balansında olan kəsirin böyüməsi ilə bağlıdır. Adətən aprel-may ayları ərzində Türkiyə turist səfərləri ilə bağlı xeyli sayda sifariş və böyük məbləğdə öncədən ödənişlər əldə edirdi. Daxil olan vəsaitlər hesabına cari əməliyyatlar kəsiri kiçilirdi. Amma bu il turist səfərləri ilə bağlı sifarişlər xeyli azalıb. 

Lirənin dəyər itirməsi Türkiyədən mal alan və bu ölkənin xidmətlərindən istifadə edən ölkələrin vətəndaşları üçün əlverişlidir. Lirənin bu dərəcədə ucuzlaşmasından sonra qardaş ölkədən mal almaq ucuz başa gələcək, eyni zamanda Türkiyəyə səfər etmək, istirahət etmək sərfəli olacaq.
 
Bu baxımdan Azərbaycan üçün də münasib vəziyyət formalaşıb. Artıq ölkəmizdə manat/lirə məzənnəsi 19 qəpiyə düşüb ki, bu da ən aşağı səviyyədir. Belə vəziyyətdə yəqin ki, Türkiyədən Azərbaycana ixrac artacaq və vətəndaşlarımız qardaş ölkəyə daha çox turist səfərinə gedəcək. 

Vasif
Sfera.az



OXŞAR XƏBƏRLƏR

Qızılın qiymətində durğunluq - Almaq üçün əla fürsət

Qızıl bazarında nadir müşahidə olunan hal yaşanır. Bazarda qiymətlər ötən ayla müqayisədə aşağı düşüb.   Sfera.az Xəzər TV-yə istinadla xəbər ve...

Həlak olan fələstinlilərin sayı 57,8 minə çatıb

İsrail zərbələri nəticəsində Qəzza zolağında ölənlərin sayı son 24 saat ərzində 59 nəfərə çatıb, 208 vətəndaş yaralanma ilə xəstəxanaya yerləşdirilib.  ...

Acunun 22 milyon borcu var

Acun İlıcalının İngiltərədə 22 milyon funt sterlinq borca girdiyi bildirilib.   Sfera.az xəbər verir ki, tanınmış media maqnatının sahibi olduğu &quo...

Türkiyədə kağız fabrikində 50-yə yaxın işçi zəhərləndi

Türkiyənin qərbindəki Aydın vilayətində kağız fabrikinin 50-yə yaxın işçisi qidadan zəhərlənmə şübhəsi ilə xəstəxanaya yerləşdirilib.   Sfera.az ...

Xalq artistinin oğlu: "Həkim səhlənkarlığı ucbatından atamı itirdim"

"Azdrama"ya getmirəm. Elə bil ayağım getmir. "Azdrama" deyəndə teatrın köhnə vaxtları yadıma düşür. Təmirdən sonra teatr tam dəyişib. Bir də...

Gəncədə partlayışda ağır xəsarət alan şəxs öldü

Bir neçə gün əvvəl Gəncədə baş vermiş partlayış və yanğın hadisəsi nəticəsində ağır xəsarət alan şəxs müalicə aldığı xəstəxanada ölüb.   Sfera.az xəb...