Bu ünvanlarda asfalt örtüyü yeniləndi - Deputatdan açıqlama

İqtisadiyyat
14:21 / 30.05.2021
3045
Milli Məclisin deputatı Elnur Allahverdiyev şəxsi "Facebook" profilində yeni paylaşım edib.
Sfera.az xəbər verir ki, E. Allahverdiyev paylaşımında asfalt örtüyünün yeniləndiyi əraziləri açıqlayıb və bu işlərin davamlı olduğunu qeyd edib:
"Dairəmizin həyət, keçid və dalanlarında asfaltlama işləri davam edir. Dünən bu ünvanlarda asfalt örtüyü yenilənib: Mustafa Sübhi 141 və 135; Mirzə Fətəli, dalan 19 və bu iki küçəni birləşdirən Salatın Əsgərova keçidi. Bir daha xatırladırıq ki, sakinlərimizin fərdi qaydada qapılarının önündə və küçələrdə çalaları yeni asfaltla örtmələrinə görə əməkdaşlarımız məsuliyyət daşımırlar.
Yasamal Rayon İcra Hakimiyyəti və sosial tərəfdaşlarımızın dəstəyi ilə asfaltlama işləri qarşıdakı günlərdə də davam edəcək. Bacaracağıq!"