Azərbaycan millisi Avropa çempionatından uzaqlaşdırıldı - QALMAQAL+VİDEO

İdman
13:09 / 29.05.2021
2168
Azərbaycan millisi Kiprin Limassol şəhərində keçirilən sambo üzrə Avropa çempionatından uzaqlaşdırılıb.
Sfera.az Oxu.Az-a istinadən xəbər verir ki, Emil Həsənovun finalda Rusiya samboçusu ilə görüşdə ağrıdıcı fəndlə uduzması azərbaycanlı məşqçilərin xoşuna gəlməyib.
Onlar bunun qərəzli şəkildə edildiyini bildirib və etirazlarını sərt şəkildə çatdırıblar. Bu səbəbdən də təşkilatçılar Azərbaycan komandasının yarışdan uzaqlaşdırılması barədə qərar çıxarıb.
Komandanın qazandığı nəticələr isə silinib.