Bakıda iki nəfər aktiv koronavirus xəstəsi saxlanıldı

Kriminal
13:40 / 29.05.2021
2120
Daxili işlər orqanlarının əməkdaşları ötən gün paytaxtın Binəqədi və Nəsimi rayonları ərazilərində 2 nəfər aktiv koronavirus xəstəsi ictimai yerlərdə aşkar edilərək saxlayıb.
Daxili İşlər Nazirliyindən Sfera.az-a verilən məlumata görə, polis əməkdaşları onlarla izahedici söhbətlər aparıb.
Onlardan biri tibbi prosedurlar gözlənilməklə yaşadığı evə qaytarılıb, bu barədə müvafiq səhiyyə qurumları məlumatlandırılıb.