Azərbaycanda dollarla yığım edənlər 40 faiz zərər edib

Azərbaycanda dollarla yığım edənlər 40 faiz zərər edib
Bankların devalvasiyadan sonra manatla olan əmanətlərə dollarla qoyulan əmanətlərə nisbətən yüksək faiz verməsi və dollar/manat kursunun 2016-cı ildən sonra sabit qalması banklarda dollarla yığım edənləri 40 faiz gəlirdən məhrum edib.

Sfera.az bildirir ki, devalvasiyaya qədər banklar dollar və manat əmanətlərini eyni faiz dərəcəsi ilə cəlb edirdi. Hər iki valyutada olan əmanətləri 10-12 faizlə banklara qoymaq olurdu. Lakin devalvasiyadan sonra manatla yığımları təşviq etmək üçün sığortalanan əmanətlər üzrə maksimum faiz dərəcəsi manatda 15 faizə qaldırıldı, xarici valyutada 3 faizə salındı.

Buna uyğun olaraq banklar da manatla əmanətlərə dollarla olan əmanətlərlə müqayisədə ən azı 5 dəfə yüksək faiz təklif etməyə başladılar.

2016-cı ildən sonra məzənnənin sabit qalması fonunda dollarla yığım etmək əlavə gəlirlərin "əldən çıxması”na səbəb oldu. Ötən dövrün təhlili göstərir ki, dollarla yığım edənlər sabit məzənnə səbəbindən 40 faiz gəlirdən məhrum olublar.

Xatırladaq ki, devalvasiyaya qədər manatın dollara nəzərən möhkəmlənməsi də manatla yığım edənlərə qazanc gətirmişdi. Amma həmin dövrdə qazanc indiki qədər böyük deyildi, cəmi 21 faiz idi, eyni zamanda bu qədər qazancın əldə edilməsi üçün 10 ildən çox vaxt lazım gəlmişdi. Devalvasiyadan sonra isə cəmi 4 il ərzində manatla yığım edənlər təxminən 40 faiz çox gəlir əldə edib.
Ötən dövr ərzində banklar xarici valyutada olan əmanətlərə orta hesabla 2 faizlə, manatla olan əmanətlərə 10 faizlə gəlir gətirib. Bu dövrdə 100 min manat dəyərində olan pulu dollarla banklarda saxladıqda, təkrar gəlirlə birgə əmanətin dəyəri 108 min manat olduğu halda, milli valyutada saxladıqda 146 min manat olub. Müqayisədən görünür ki, milli valyutada yığım 38 min manat və ya əsas vəsaitə nisbətdə 38 faiz çox gəlir gətirib.

Dollar/manat kursunun sabit qalması və dollarla olan əmanətlərə aşağı faizlərin təklif edilməsi manatla yığımları stimullaşdırır. Bunun nəticəsidir ki, 2015-ci ildən sonra əmanətlərin 85 faizi dollarla saxlandığı halda, 2021-ci ilin mayın 1-nə olan məlumata əsasən, 48,7 faizi dollarla saxlanılıb.

Vasif
Sfera.az

OXŞAR XƏBƏRLƏR

Qızılın qiymətində durğunluq - Almaq üçün əla fürsət

Qızıl bazarında nadir müşahidə olunan hal yaşanır. Bazarda qiymətlər ötən ayla müqayisədə aşağı düşüb.   Sfera.az Xəzər TV-yə istinadla xəbər ve...

Həlak olan fələstinlilərin sayı 57,8 minə çatıb

İsrail zərbələri nəticəsində Qəzza zolağında ölənlərin sayı son 24 saat ərzində 59 nəfərə çatıb, 208 vətəndaş yaralanma ilə xəstəxanaya yerləşdirilib.  ...

Acunun 22 milyon borcu var

Acun İlıcalının İngiltərədə 22 milyon funt sterlinq borca girdiyi bildirilib.   Sfera.az xəbər verir ki, tanınmış media maqnatının sahibi olduğu &quo...

Türkiyədə kağız fabrikində 50-yə yaxın işçi zəhərləndi

Türkiyənin qərbindəki Aydın vilayətində kağız fabrikinin 50-yə yaxın işçisi qidadan zəhərlənmə şübhəsi ilə xəstəxanaya yerləşdirilib.   Sfera.az ...

Xalq artistinin oğlu: "Həkim səhlənkarlığı ucbatından atamı itirdim"

"Azdrama"ya getmirəm. Elə bil ayağım getmir. "Azdrama" deyəndə teatrın köhnə vaxtları yadıma düşür. Təmirdən sonra teatr tam dəyişib. Bir də...

Gəncədə partlayışda ağır xəsarət alan şəxs öldü

Bir neçə gün əvvəl Gəncədə baş vermiş partlayış və yanğın hadisəsi nəticəsində ağır xəsarət alan şəxs müalicə aldığı xəstəxanada ölüb.   Sfera.az xəb...