Ronaldo "Yuventus"la vidalaşdı, yeni klubu...

İdman
13:32 / 29.05.2021
2793
Kriştiano Ronaldo "Yuventus"dakı komanda yoldaşları ilə vidalaşıb.
Sfera.az xəbər verir ki, bu iddia ilə "Messaggero" qəzeti çıxış edib. Qəzet yazıb ki, portuqaliyalı ulduz Turin klubu ilə yollarını rəsmən ayırmağa hazırlaşır.
"Real"a dönüşü reallaşmayan Ronaldonu keçmiş klubları - "Sportinq" və "Mançester Yunayted" heyətinə qatmaq istəyir. İddiaya görə, futbolçu "Sportinq"ə dönərək karyerasını yetirməsi olduğu klubda bitirmək niyyətindədir.
Qeyd edək ki, bur neçə gün əvvəl "Sportinq"in prezidenti Frederiko Varandes Kriştianunu heyətdə görmək istədiklərini bildirmişdi: "Ronaldo bir gün "Sportinq"ə dönəcək. Çempionlar Liqasında onun yer aldığı bir heyətdə mübarizə aparmaq arzumuzdur".
Bundan əvvəl isə Ronaldunun anası Dolores Aveyro da oğlunu "Sportinq"ə qaytarmaq istədiyini bildirmişdi: "Kriştiano ilə danışacam və gələn mövsüm "Sportinq"ə dönməsi üçün razı salmağa çalışacam. Gələn il "Alvalade" stadionunda "Sportinq" forması ilə çıxış edəcək".
Onu da qeyd edək ki, Ronaldo 18 yaşında - 2003-cü ildə "Sportinq"dən "Mançester Yunayted"ə transfer olunub. İngiltərə klubu 6 il sonra onu həmin vaxt üçün rekord məbləğə - 94 milyon avroya "Real"a satıb. Portuqaliyalı ulduz 2018-ci ildə 117 milyon avro qarşılığında "Yuventus"a transfer olunub. // Fanat.Az