Baş Prokurorluğun həbs etdiyi gömrük əməkdaşları kimlərin qohumudur? - SİYAHI

Kriminal
12:26 / 29.05.2021
2416
Bir müddət öncə Dövlət Gömrük Komitəsində gömrük rəsmiləşdirilməsi zamanı süründürməçiliyə yol verilməklə qeyri-qanuni tələblərin irəli sürülməsi barədə daxil olmuş məlumat əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində (KQMBİ) ilkin araşdırma aparılmaqla birgə əməliyyat-axtarış tədbirləri həyata keçirilib.
Aparılmış əməliyyat-istintaq tədbirləri zamanı Bakı Baş Gömrük İdarəsinin Xüsusi Gömrük prosedurları şöbəsinin rəisi Aydın Eylazov, həmin struktur qurumun Gömrük prosedurları və ödənişləri şöbəsinin baş inspektorları Elmar Mirzəyev və Emin Xəlilov, "İpək Yolu” gömrük postunda inspektor işləyən Mirağa Ağayev, habelə "Global Broker” MMC-nin direktoru olmaqla "D2D Logistics” MMC-də gömrük işləri üzrə mütəxəssis işləyən Ceyhun Şabanovun idxal olunmuş malların gömrük orqanından çıxarılmasının tezləşdirilməsi, eləcə də, müəyyən malların sərbəst dövriyyəyə buraxılışı üçün ödənilməli olan gömrük rüsumları və vergilərin 3 faizi miqdarında müəyyən edilmiş məbləğdən idxal və əlavə dəyər vergisi üzrə ödənilməli olan pul vəsaitinin büdcəyə ödənilməyərək malın gömrük nəzarətindən buraxılmasına şərait yaradılması müqabilində müxtəlif məbləğlərdə pul vəsaitini rüşvət qismində istəməklə almaları və vəzifə səlahiyyətlərin sui-istifadə etmələrinə əsaslı şübhələr müəyyən olunub. Nəticədə adıçəkilən şəxslər və sonradan daha üç şəxs həbs olunub.
Sfera.az həbs olunmuş gömrük əməkdaşları haqda araşdırma aparıb və onların hansı iri məmurlarla qohumluq əlaqələrinə malik olmasını aşkara çıxarıb. Həmin məlumatları diqqətinizə çatdırırıq.
Beləliklə, həbs edilmiş gömrük əməkdaşları hansı vəzifəli şəxslərin qohumlarıdır?
1. Binəqədi məhkəməsi sədrinin kürəkəni
2. Gömrük komitəsinin "Azterminal" idarəsinin rəisinin kürəkəni
3. Naxçıvanın keçmiş baş nazirinin (Baxşıyev) qardaşı oğlu
4. DiN keçmiş daxili təhqiqat baş idarəsinin rəisi Sahib Mirzəyevin qardaşı oğlu
Orxan