Neftin qiyməti bu səhər artdı

İqtisadiyyat
12:57 / 28.05.2021
2952
Neftə tələbatın artımı gözləntiləri dünya bazarında xammalın bahalaşmasına səbəb olub.
Sfera.az xəbər verir ki, Şimal dənizində hasil olunan "Brent” neftinin avqust fyuçersləri Bakı vaxtı ilə saat 08:50-də 0,39 faiz bahalaşaraq bir bareli 69,47 dollara təklif olunub.
"Brent”in iyul fyuçerslərinin bir barelinin qiyməti 0,46 faiz artaraq 69,78 dollar təşkil edib.
"WTI” neft markasının iyul fyuçersləri 0,51 faiz bahalaşıb və bir bareli 67,19 dollara satılıb.