ABŞ dövlət katibi Azərbaycan xalqını təbrik etdi

ABŞ dövlət katibi Azərbaycan xalqını təbrik etdi
"Respublika Günü münasibətilə Amerika Birləşmiş Ştatları hökuməti adından Azərbaycan xalqını təbrik edirəm”.

Sfera.az-ın verdiyi xəbərə görə, bu ABŞ dövlət katibi Entoni Blinkenin 28 May – Respublika Günü ilə bağlı bəyanatında əksini tapıb.

1918-ci il mayın 28-də müsəlman dünyasında ilk demokratik hökumətin qurulduğunu qeyd edən dövlət katibi bildirib ki, Amerika Birləşmiş Ştatları iqtisadi, enerji və təhlükəsizlik sahəsində 30 illik tərəfdaşlığı və Azərbaycanın insan hüquqlarına və qanunun aliliyinə hörmətin yaxşılaşdırılması istiqamətində davamlı dialoqu qiymətləndirir.

"Cənubi Qaz Dəhlizi vasitəsilə Azərbaycanın Avropanın enerji şaxələndirilməsinə verdiyi əhəmiyyətli töhfələri qəbul edirik. İnsan hüquqlarına və fundamental azadlıqlara, qanunun aliliyinə, şəffaflığa və hesabatlılığa hörmət edən güclü qurumlar və proseslər ümumi hədəflərimizə çatmaq və daha güclü və daha dərin əlaqələr qurmaq üçün vacibdir.

Amerika Birləşmiş Ştatları ayrıca minlərlə Azərbaycan və Amerika vətəndaşları arasında insanlararası münasibətlər vasitəsilə, həmçinin səfirliklərimizin ictimaiyyətlə əlaqəsi sayəsində inkişaf etdirilən əlaqələrə dəyər verir.

ATƏT-in Minsk Qrupunun həmsədri olaraq, ABŞ Dağlıq Qarabağ münaqişəsinin uzunmüddətli siyasi həlli barədə danışıqlarda tərəflərə kömək etməyə sadiqdir”, - deyə bəyanatda qeyd olunub.

E. Blinken vurğulayıb ki, ABŞ döyüşlərin humanitar nəticələrinin həllini dəstəkləyir.

OXŞAR XƏBƏRLƏR

İrəvanda naməlum şəxs polis avtomobilini oğurlayaraq qaçıb

Ermənistanın paytaxtı İrəvanda naməlum şəxs polis avtomobilini oğurlayaraq qaçıb.   Sfera.az xəbər verir ki, bu barədə Ermənistan KİV-i məlumat yayıb...

Ərdoğandan Putinə Azərbaycanla bağlı mühüm mesajlar

Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanın Azərbaycan-Rusiya gərginliyi ilə bağlı dedikləri Putinə ünvanlanıb. - Türkiyə baş verənləri yaxndan izləyir və ...

Fəhlənin faciəvi şəkildə öldüyü şirkət nöqsanları aradan qaldırmadı - CƏRİMƏLƏNDİ

Binəqədi rayonunda fəaliyyət göstərən metal məmulatlarının istehsalı şirkətindəki ölüm hadisəsinə görə aparılan araşdırmanın nəticəsi bilinib. Hadisənin baş ver...

Məktəbəhazırlıq təhsili məcburi olacaq? - RƏSMİ

“Məktəbəqədər təhsil haqqında” Qanuna əsasən, məktəbəhazırlıq 5 yaşlı uşaqlar üçün zəruri hesab edilir. Bu baxımdan məktəbəhazırlıq təhsilinin məcbu...

"Səs Azərbaycan"ın keçmiş üzvü ABŞ-də faciəli şəkildə vəfat etdi

Azərbaycanlı müğənni Albina Pyakşeva dünyasını dəyişib.   Sfera.az bildirir ki, bu barədə Bakı Caz Festivalının direktoru Leyla Əfəndiyeva "Face...

Kanalda batan yeniyetmənin meyiti iki gün sonra tapıldı

Beyləqanda iki gün əvvəl kanalda batan 14 yaşlı şəxsin meyiti tapılıb.   Sfera.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat ...