Paşinyan sərhəddəki vəziyyətlə bağlı plan təqdim etdi

19:37 / 27.05.2021
2630
Ermənistan baş nazirinini vəzifəsini yerinə yetirən Nikol Paşinyan Azərbaycanla sərhəddəki vəziyyətin həlli ilə bağlı planını təqdim açıqlayıb.
Sfera.az xəbər verir ki, Paşinyan sərhədləri dəqiqləşdirmək üçün Azərbaycan tərəfinin Zod-Sotk və Xəznəvardakı (Xoznavar) mövqelərinə geri çəkilməsini və bu ərazidə beynəlxalq müşahidəçilər yerləşdirilməsini təklif edib.
"Mən beynəlxalq ictimaiyyətə səslənirəm və mənim təklifim eləcə də Azərbaycan rəhbərliyinə ünvanlanıb: razılığa gəlirik ki, iki tərəfin silahlı bölmələri sərhəddən uzaqlaşaraq daimi dislokasiya yerlərinə qayıdır, sərhəd boyunca isə Rusiyadan və ya ATƏT-in Minsk Qrupunun digər həmsədr ölkələrindən olan beynəlxalq müşahidəçilər yerləşdirilir”, - Paşinyan təklifində bildirib.