Təhqir yayan youtube kanalları, sosial media istifadəçiləri və bir sıra saytlar barəsində ciddi tədbirlər görüləcək

Təhqir yayan youtube kanalları, sosial media istifadəçiləri və bir sıra saytlar barəsində ciddi tədbirlər görüləcək
Əsgərlərimizin ermənilər tərəfindən təhqir olunaraq postdan qovulması əsasən sosial şəbəkələrdə ciddi qınaq obyektinə çevrildi. Hətta ordu rəhbərliyini hədəfə götürənlər, generallarımızı, zabitlərimizi sərt tənqid və təhqir edənlər də tapıldı. Bir çox hallarda bu tənqid əsassız və obyektivlikdən uzaq olsa da, belə münasibət heç də sıradan bir məsələ deyil.

Ordu və zabitlərimizin hədəfə götürülməsi hakimiyyət dairələrində ciddi narahatlıqla qarşılanıb. Hazırda tənqid və təhqir yayan youtube kanalları, sosial media istifadəçiləri hüquq-mühafizə orqanları tərəfindən siyahıya alınır. Onların barəsində ciddi tədbir görülməsi nəzərdə tutulur.

Buna paralel olaraq həm də yalan, böhtan xarakterli məlumatlar yayan, "reket” üslubu ilə işləyən saytlar da siyahıya alınır. Onların barəsində də sərt tədbirlər görüləcəyi güman edilir.

Tədbirlərin xəbərdarlıqdan başlayaraq maliyyə qaynaqlarının kəsilməsi də daxil olmaqla məhkəmə müstəvisinə kimi gedib çıxacağı deyilir.

İstənilən halda belə görünür ki, dövlət sosial şəbəkələrdəki özbaşınalığa, ordu, təhlükəsizlik, müdafiə sisteminin hədəfə götürülməsinə, "reket” saytların at oynatmasına, sifarişli yazılara, məlumat sızmalarına qarşı ciddi tədbirlər görmək ərəfəsindədir. // KONKRET.az

OXŞAR XƏBƏRLƏR

Rusiya Azərbaycandan nəyin heyfini çıxmağa çalışır?

Rusiyanın Azərbaycan xalqına qarşı şovinist və irqçi siyasəti artıq gizli deyil – açıq düşmənçilik səviyyəsindədir!   Son günlər Rusiyada baş v...

Kürdəmirdə 35 yaşlı qadın qətlə yetirilib, həyat yoldaşı şübhəli bilinir

Kürdəmirdə 35 yaşlı qadın qətlə yetirilib, həyat yoldaşı şübhəli bilinir.   Sfera.az xəbər verir ki, hadisə rayonun Şilyan kəndində qeydə alınıb. ...

Aygün Attar: "Rusiyada qeyri-rus xalqlarına qarşı dövlət terroru başlayıb"

Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunun İdarə Heyətinin sədri, professor Aygün Attar Rusiyada azərbaycanlıların kütləvi həbslərini, onlara ...

"Bu halda III Dünya müharibəsi başlayacaq"- Orban

Macarıstanın baş naziri Viktor Orban deyib ki, Ukraynanın NATO-ya daxil olması Rusiya ilə münaqişəyə və III Dünya müharibəsinə gətirib çıxaracaq. Bu, ertəsi gün...

Azərbaycan güləşçisi Türkiyədə çempion olub

Türkiyənin Kocaeli şəhərində Yaşar Doğu, Vehbi Əmrə və Hamit Kaplanın xatirə turniri davam edir.   Sfera.az xəbər verir ki, bu gün sərbəst güləş üzrə...

Overçukun Azərbaycan səfəri ləğv olundu

Rusiya baş nazirinin müavini Aleksey Overçukun bu ay Azərbaycana nəzərdə tutulan səfəri ləğv olunub.   Sfera.az məlumatına görə, Azərbaycan hökuməti ...