COVID-19 pasportunu almaq üçün bir gündə 700 mindən çox sorğu göndərildi

COVID-19 pasportunu almaq üçün bir gündə 700 mindən çox sorğu göndərildi
 İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi COVID-19 pasportunun əldə edilməsi ilə bağlı elektron xidmətin fəaliyyətinə dair açıqlama yayıb.

Agentlikdən Sfera.az-a verilən məlumata görə, COVID-19 pasportunun əldə edilməsi ilə bağlı son günlər vətəndaşların müraciətlərinin sayı çoxalıb.
Qeyd olunub ki, COVID-19 pasportunun əldə edilməsi üçün hər kəsin sistemə eyni anda daxil olması səbəbindən elektron xidmətdə bir qədər yüklənmələr müşahidə olunur: "Sözügedən sistemə gün ərzində yeddi yüz mindən artıq sorğu daxil olmaqdadır.

Məlumat üçün bildirək ki, Nazirlər Kabinetinin müvafiq Qərarına əsasən COVID-19 pasportunun vacib olduğu obyektlərlə bağlı bənd iyunun 10-dan, iş və xidmət sahələri ilə bağlı bənd isə iyulun 1-dən qüvvəyə minir.

Həmçinin vətəndaşların nəzərinə çatdıraq ki, "COVID-19 immunitet sertifikatı” son 6 ayda COVID-19 analiz nəticəsi pozitiv olmuş vətəndaşlara verilir. Lakin müşahidələr onu göstərir ki, son 6 (altı) ayda deyil ümumiyyətlə pandemiyanın başlanmasından bu günə qədər olan dövrdə xəstəliyə yoluxmuş şəxslər "COVID-19 immunitet sertifikatı”nı yükləməyə çalışırlar.

Bir daha vurğulamaq istərdik ki, "COVID-19 vaksin sertifikatı”nı hər iki dozada vaksinasiya olunan, "COVID-19 immunitet sertifikatı”nı isə son 6 (altı) ayda COVID-19 analiz nəticəsi pozitiv olan şəxslər əldə edə bilərlər.

Qeyd edək ki, sözügedən sertifikatların daha rahat əldə edilməsi üçün elektron platformanın imkanlarının genişləndirilməsi istiqamətində hazırda təkmilləşdirmə işləri aparılır və qısa zaman ərzində yekunlaşması nəzərdə tutulur".



OXŞAR XƏBƏRLƏR

Rusiya Azərbaycandan nəyin heyfini çıxmağa çalışır?

Rusiyanın Azərbaycan xalqına qarşı şovinist və irqçi siyasəti artıq gizli deyil – açıq düşmənçilik səviyyəsindədir!   Son günlər Rusiyada baş v...

Kürdəmirdə 35 yaşlı qadın qətlə yetirilib, həyat yoldaşı şübhəli bilinir

Kürdəmirdə 35 yaşlı qadın qətlə yetirilib, həyat yoldaşı şübhəli bilinir.   Sfera.az xəbər verir ki, hadisə rayonun Şilyan kəndində qeydə alınıb. ...

Aygün Attar: "Rusiyada qeyri-rus xalqlarına qarşı dövlət terroru başlayıb"

Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunun İdarə Heyətinin sədri, professor Aygün Attar Rusiyada azərbaycanlıların kütləvi həbslərini, onlara ...

"Bu halda III Dünya müharibəsi başlayacaq"- Orban

Macarıstanın baş naziri Viktor Orban deyib ki, Ukraynanın NATO-ya daxil olması Rusiya ilə münaqişəyə və III Dünya müharibəsinə gətirib çıxaracaq. Bu, ertəsi gün...

Azərbaycan güləşçisi Türkiyədə çempion olub

Türkiyənin Kocaeli şəhərində Yaşar Doğu, Vehbi Əmrə və Hamit Kaplanın xatirə turniri davam edir.   Sfera.az xəbər verir ki, bu gün sərbəst güləş üzrə...

Overçukun Azərbaycan səfəri ləğv olundu

Rusiya baş nazirinin müavini Aleksey Overçukun bu ay Azərbaycana nəzərdə tutulan səfəri ləğv olunub.   Sfera.az məlumatına görə, Azərbaycan hökuməti ...