Şəhid anası gəlinindən şikayətçidir: "Ərinin məzarına hücum edib dağıdır" - VİDEO

Şəhid anası gəlinindən şikayətçidir:
Vətən müharibəsinin şəhidi, kəşfiyyatçı Səbuhi Hüseynlinin anası oğlunun məzarına hücum edilməsindən şikayətçidir. Belə ki, Samirə Əhmədxanova gəlini Hüseynli Lamiyənin oğlunun məzarına qoyulan gül və əklilləri yerlə bir etdiyini, kənardakı əşyaları dağıtdığını bildirib.
 
Qalmaqallı məsələ barədə Sfera.az-a danışan şəhid anası oğlunun məzarını o şəkildə gördükdən sonra halının pisləşdiyini deyib:

"Oğlumun məzarını ətrafında cənnət yaratmışdım. Bunu bütün kənd camaatı təsdiq edə bilər. Məzarın ətrafı gül-çiçək idi. Amma bu gün gəlib görürəm ki, məzarın üzərində bircə dənə gül yoxdur. İndi vəziyyətim çox pisdir, təcili yardım gələndən sonra biraz özümə gələ bilmişəm. Oğlumun qəbirinə gəlin hücum edib, özünün məzar üstünə qoyduğu əşyaları evə aparıb, mən qoyduqlarımı isə vurub-dağıdıb. Mən oğlumun məzarının üstünə gülü-çiçəyi xalqın pulu ilə almışam, elə imkanım da yoxdur. Gəlin oğlumu dəfn edəndən sonra bir neçə gün yasda iştirak elədi. Ona dövlət tərəfindən şəhidlik pulunun da nə vaxt verilməsindən xəbərim yoxdur. Mənə pul lazım deyil, mən oğlumu itirmişəm. İstəyirəm ki, onu məzarda rahat buraxsınlar. Mən dünən bütün günü qəbiristanlıqda olmuşam. Çox güman ki, gecə ilə gəlib o məzara".

Samirə Əhmədxanova gəlinin belə addım atmasına acgözlüyün səbəb olduğunu deyir:

"Şəhid ailələrinə ev verilməsi ilə bağlı xəbərlər yayılıb. Gəlinim də belə vəziyyət yaradır ki, guya məzarı o günə mən qoymuşam, mənim ağlım yerində deyil. Belə etməklə evi özü almaq istəyir. Bu psixologiyaya sahib olan ana necə uşaq böyüdə bilər? Övladımın azyaşlı oğlunu belə ana necə tərbiyə edəcək? Xaçmaz polis idarəsinə məlumat verəcəm ki, kameralarla məsələ araşdırılsın. Bu əməl, oğlumun məzarına edilən hücum cavabsız qalmamalıdır. Gəlinlə aramda indiyədək problem olmayıb, əvvəl də ayrı yaşamışıq deyə söz-söhbətimiz yox idi. Dəqiq bilirəm ki, gəlin mənə şər atmaq niyyətindədir". 

Qeyd edək ki, şəhid kəşfiyyatçı Səbuhi Hüseynli oktyabrın 27-i Xocavənd rayonunda qəlpə yarası alıb. O, 6 ay komada qaldıqdan sonra aprelin 15-ində şəhid olub. 


Əzizə
Sfera.az 


OXŞAR XƏBƏRLƏR

Rusiya Azərbaycandan nəyin heyfini çıxmağa çalışır?

Rusiyanın Azərbaycan xalqına qarşı şovinist və irqçi siyasəti artıq gizli deyil – açıq düşmənçilik səviyyəsindədir!   Son günlər Rusiyada baş v...

Kürdəmirdə 35 yaşlı qadın qətlə yetirilib, həyat yoldaşı şübhəli bilinir

Kürdəmirdə 35 yaşlı qadın qətlə yetirilib, həyat yoldaşı şübhəli bilinir.   Sfera.az xəbər verir ki, hadisə rayonun Şilyan kəndində qeydə alınıb. ...

Aygün Attar: "Rusiyada qeyri-rus xalqlarına qarşı dövlət terroru başlayıb"

Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunun İdarə Heyətinin sədri, professor Aygün Attar Rusiyada azərbaycanlıların kütləvi həbslərini, onlara ...

"Bu halda III Dünya müharibəsi başlayacaq"- Orban

Macarıstanın baş naziri Viktor Orban deyib ki, Ukraynanın NATO-ya daxil olması Rusiya ilə münaqişəyə və III Dünya müharibəsinə gətirib çıxaracaq. Bu, ertəsi gün...

Azərbaycan güləşçisi Türkiyədə çempion olub

Türkiyənin Kocaeli şəhərində Yaşar Doğu, Vehbi Əmrə və Hamit Kaplanın xatirə turniri davam edir.   Sfera.az xəbər verir ki, bu gün sərbəst güləş üzrə...

Overçukun Azərbaycan səfəri ləğv olundu

Rusiya baş nazirinin müavini Aleksey Overçukun bu ay Azərbaycana nəzərdə tutulan səfəri ləğv olunub.   Sfera.az məlumatına görə, Azərbaycan hökuməti ...