Bank aktivlərinin 44,6 faizi kreditlərdən ibarətdir

Bank aktivlərinin 44,6 faizi kreditlərdən ibarətdir
2021-ci ilin mayın 1-nə olan məlumata əsasən, bankların cəmi aktivləri 32,796 milyard manat, cəmi öhdəlikləri 28,065 milyard manat, kapitalı 4,731 milyard manat olub. 

Sfera.az Mərkəzi Banka istinadən xəbər verir ki, bankların aktivləri 0,8% və ya 275,3 milyon manat artıb. Aktivlərin 44,6%-i kredit portfelindən ibarətdir. Bankların kredit portfeli apreldə 1,8% (259,5 milyon manat) artaraq 14,612 milyard manat təşkil edib. 

Cəmi kredit qoyuluşunun (BOKT-lar daxil olmaqla) 6,1%-ni vaxtı keçmiş kreditlər təşkil edir. Vaxtı keçmiş kreditlərin cəmi kredit portfelində payı ötən ilin müvafiq dövrünə nisbətən 2% bəndi, 2020-ci ilin orta illik göstəricisinə nisbətən 1,3% bəndi azalıb.

Apreldə bank sektorunun cəmi öhdəlikləri 1,4% və ya 393,5 milyon manat artıb. Cəmi öhdəliklərin 76,1%-ni depozit portfeli (maliyyə institutlarının depozitləri çıxılmaqla) təşkil edib. Fiziki şəxslərin əmanətləri (sahibkarlıqla məşğul olan fiziki şəxslərin depozitləri çıxılmaqla) isə 2,6% (207.2 mln. manat) artaraq 8,22 milyard manat olub. 

Müddətli əmanətlərin artımı milli valyutada olan əmanətlər hesabına baş verib. Apreldə manatla əmanətlər 114,2 milyon manat və ya 4,9% artıb.  
2021-ci ilin ilk 4 ayında banklar 194,7 milyon  manat xalis mənfəət, 301.6 mln. manat əməliyyat mənfəəti əldə edib.

Vasif
Sfera.az



OXŞAR XƏBƏRLƏR

Qızılın qiymətində durğunluq - Almaq üçün əla fürsət

Qızıl bazarında nadir müşahidə olunan hal yaşanır. Bazarda qiymətlər ötən ayla müqayisədə aşağı düşüb.   Sfera.az Xəzər TV-yə istinadla xəbər ve...

Həlak olan fələstinlilərin sayı 57,8 minə çatıb

İsrail zərbələri nəticəsində Qəzza zolağında ölənlərin sayı son 24 saat ərzində 59 nəfərə çatıb, 208 vətəndaş yaralanma ilə xəstəxanaya yerləşdirilib.  ...

Acunun 22 milyon borcu var

Acun İlıcalının İngiltərədə 22 milyon funt sterlinq borca girdiyi bildirilib.   Sfera.az xəbər verir ki, tanınmış media maqnatının sahibi olduğu &quo...

Türkiyədə kağız fabrikində 50-yə yaxın işçi zəhərləndi

Türkiyənin qərbindəki Aydın vilayətində kağız fabrikinin 50-yə yaxın işçisi qidadan zəhərlənmə şübhəsi ilə xəstəxanaya yerləşdirilib.   Sfera.az ...

Xalq artistinin oğlu: "Həkim səhlənkarlığı ucbatından atamı itirdim"

"Azdrama"ya getmirəm. Elə bil ayağım getmir. "Azdrama" deyəndə teatrın köhnə vaxtları yadıma düşür. Təmirdən sonra teatr tam dəyişib. Bir də...

Gəncədə partlayışda ağır xəsarət alan şəxs öldü

Bir neçə gün əvvəl Gəncədə baş vermiş partlayış və yanğın hadisəsi nəticəsində ağır xəsarət alan şəxs müalicə aldığı xəstəxanada ölüb.   Sfera.az xəb...