ADNSU-da “Kapital Bank otağı” təqdim edildi

ADNSU-da “Kapital Bank otağı” təqdim edildi
Ölkədə təhsilin inkişafına önəm verən Kapital Bank, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti ilə əməkdaşlığı çərçivəsində tələbələrə yeni "Kapital Bank otağı”nı təqdim edib. Bank tərəfindən təmir olunan və ADNSU tərəfindən lazımi avadanlıqlarla təchiz edilən auditoriyada İqtisadiyyat və Menecment fakültəsinin tələbələrinə universitetin professor və müəllimləri ilə yanaşı, Kapital Bank-ın mütəxəssislərinin də mühazirələri, təlimləri təşkil olunacaq.

 

Təqdimat mərasimində Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru, professor Mustafa Babanlı, Kapital Bank-ın İdarə Heyətinin üzvü, Baş Maliyyə İnzibatçısı Emin Məmmədov, İnsan Resurslarının İdarə Edilməsi departamentinin direktoru Fərqanə Məmmədova, Gündəlik bankçılıq sahəsinin lideri Zakir Xanməmmədov və digər qonaqlar iştirak edirdi.


 

"Maliyyə sektorunun ən fəal işəgötürən təşkilatı olaraq daim gənclərin inkişafına, istedadların yetişdirilməsinə böyük önəm verərək, gənclər üçün müxtəlif təcrübə proqramları, könüllü fəaliyyət istiqamətləri və fərdi inkişaf layihələri təşkil edirik. Ali məktəblərdə keçirilən "Karyera Günləri” tədbirlərinə qoşulan gəncləri təcrübə proqramlarına cəlb edərək, sonda yaxşı nəticə göstərənləri banka işə götürürük. Əminəm ki, ADNSU ilə olan bu əməkdaşlığımız həm bank, həm də ali məktəb üçün faydalı olacaq”, - deyə, Kapital Bank-ın İnsan Resurslarının İdarə Edilməsi departamentinin direktoru Fərqanə Məmmədova bildirdi.

 

Açılış mərasimində həmçinin, vaxtilə ADNSU-nun tələbəsi olmuş, bir müddət əvvəl isə keçirilən "BirCode" təcrübə proqramının iştirakçısı olan Fazil Mehdiyev də iştirak edirdi. Hazırda o, Kapital Bank-ın Bankdaxili həllər sahəsinin Backend developer-i vəzifəsində çalışır. Fazil tədbir iştirakçılarına öz təcrübəsi və tövsiyələri barədə məlumat verdi.


 

Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holdinq-a daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi – 103 filialı və 20 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.


OXŞAR XƏBƏRLƏR

Qızılın qiymətində durğunluq - Almaq üçün əla fürsət

Qızıl bazarında nadir müşahidə olunan hal yaşanır. Bazarda qiymətlər ötən ayla müqayisədə aşağı düşüb.   Sfera.az Xəzər TV-yə istinadla xəbər ve...

Həlak olan fələstinlilərin sayı 57,8 minə çatıb

İsrail zərbələri nəticəsində Qəzza zolağında ölənlərin sayı son 24 saat ərzində 59 nəfərə çatıb, 208 vətəndaş yaralanma ilə xəstəxanaya yerləşdirilib.  ...

Acunun 22 milyon borcu var

Acun İlıcalının İngiltərədə 22 milyon funt sterlinq borca girdiyi bildirilib.   Sfera.az xəbər verir ki, tanınmış media maqnatının sahibi olduğu &quo...

Türkiyədə kağız fabrikində 50-yə yaxın işçi zəhərləndi

Türkiyənin qərbindəki Aydın vilayətində kağız fabrikinin 50-yə yaxın işçisi qidadan zəhərlənmə şübhəsi ilə xəstəxanaya yerləşdirilib.   Sfera.az ...

Xalq artistinin oğlu: "Həkim səhlənkarlığı ucbatından atamı itirdim"

"Azdrama"ya getmirəm. Elə bil ayağım getmir. "Azdrama" deyəndə teatrın köhnə vaxtları yadıma düşür. Təmirdən sonra teatr tam dəyişib. Bir də...

Gəncədə partlayışda ağır xəsarət alan şəxs öldü

Bir neçə gün əvvəl Gəncədə baş vermiş partlayış və yanğın hadisəsi nəticəsində ağır xəsarət alan şəxs müalicə aldığı xəstəxanada ölüb.   Sfera.az xəb...