Vətən Müharibəsi qəhrəmanlarına vergi güzəştləri tətbiq olunacaq

Cəmiyyət
16:00 / 27.05.2021
1603
Milli Məclisin bu gün keçirilən plenar iclasında Vergi Məcəlləsinə dəyişiklik layihəsi III oxunuşda müzakirəyə çıxarılıb.
Sfera.az-ın xəbərinə görə, dəyişikliklə Azərbaycan Respublikasının Vətən Müharibəsi qəhrəmanlarının hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 400 manat məbləğində azaldılacaq.