Polis ad günündə qəzaya düşərək öldü - FOTO

Polis ad günündə qəzaya düşərək öldü - FOTO
 Bakıda maşını divara çırparaq qəzaya düşən şəxsin polis əməkdaşı olduğu məlum olub.

Sfera.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, mayın 24-də Qaradağ rayon Polis İdarəsinin Çevik Polis Alayının əməkdaşı Elşad Vahidov idarə etdiyi "Renault” markalı minik avtomobilini divara çırpıb. Nəticədə sükanın sinəsinə sıxılması nəticəsində ciyərləri zədələnərək hadisə yerində vəfat edib.

Məlumata görə, həmin gün E.Vahidovun doğum günü imiş və buna görə işdən icazə alıb. İddia olunur ki, 32-ci ad gününü dostları ilə birgə keçirən E.Vahidov spirtli içki qəbul etdikdən sonra sükan arxasına keçib.

Hərəkətdə olarkan idarəetməni itirərək Lökbatan qəsəbəsində yerləşən polis bölməsinin divarına çırpılıb. Hadisə yerinə cəlb olunan xilasetmə qüvvələri sıxılı vəziyyətdə qalan meyitini deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

E.Vahidov evli olub, 3 övladı var.

OXŞAR XƏBƏRLƏR

Rusiya Azərbaycandan nəyin heyfini çıxmağa çalışır?

Rusiyanın Azərbaycan xalqına qarşı şovinist və irqçi siyasəti artıq gizli deyil – açıq düşmənçilik səviyyəsindədir!   Son günlər Rusiyada baş v...

Kürdəmirdə 35 yaşlı qadın qətlə yetirilib, həyat yoldaşı şübhəli bilinir

Kürdəmirdə 35 yaşlı qadın qətlə yetirilib, həyat yoldaşı şübhəli bilinir.   Sfera.az xəbər verir ki, hadisə rayonun Şilyan kəndində qeydə alınıb. ...

Aygün Attar: "Rusiyada qeyri-rus xalqlarına qarşı dövlət terroru başlayıb"

Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunun İdarə Heyətinin sədri, professor Aygün Attar Rusiyada azərbaycanlıların kütləvi həbslərini, onlara ...

"Bu halda III Dünya müharibəsi başlayacaq"- Orban

Macarıstanın baş naziri Viktor Orban deyib ki, Ukraynanın NATO-ya daxil olması Rusiya ilə münaqişəyə və III Dünya müharibəsinə gətirib çıxaracaq. Bu, ertəsi gün...

Azərbaycan güləşçisi Türkiyədə çempion olub

Türkiyənin Kocaeli şəhərində Yaşar Doğu, Vehbi Əmrə və Hamit Kaplanın xatirə turniri davam edir.   Sfera.az xəbər verir ki, bu gün sərbəst güləş üzrə...

Overçukun Azərbaycan səfəri ləğv olundu

Rusiya baş nazirinin müavini Aleksey Overçukun bu ay Azərbaycana nəzərdə tutulan səfəri ləğv olunub.   Sfera.az məlumatına görə, Azərbaycan hökuməti ...