Bu valyuta dollara nisbətdə bahalaşmağa davam edir - Yığım edənlər qazandı

Bu valyuta dollara nisbətdə bahalaşmağa davam edir - Yığım edənlər qazandı
Çinin milli valyutası olan yuan ABŞ dollarına nəzərən bahalaşmaqda davam edir. 2020-ci ilin mayından başlanan bahalaşma hazırda maksimum səviyyə çatıb. 

Sfera.az xatırladır ki, ötən ilin mayında bir dollar 7,13 yuana dəyişdirilirdi. Hazırda iki valyuta arasında olan məzənnə 6,37 səviyyəsinə kimi geriləyib. Birillik dövrdə dolların yuana nisbətən 10 faizdən çox ucuzlaşması müşahidə edilib. 

2018-ci ilin martından 2020-ci ilin mayına qədər yuanın ucuzlaşması prosesi gedirdi. Həmi dövrdə dollar yuana nisbətən 14 faizə yaxın bahalaşmışdı. Amma təxminən bir il öncədən başlayaraq əks dinamika yaşanır və yuanın məzənnə dəyəri yüksəlir.

Yuanın dəyərinin yüksəlməsinə Çin Xalq Bankı (Mərkəzi Bank) da dəstək verir. Mərkəzi bank milli valyutanı 184 baza bəndi möhkəmləndirərək, bir dolları 6,4099 yuana bərabər edib. Bu, 14 iyun 2018-ci ildən bəri maksimum dəyərdir.

Daxili və xarici amillər, xüsusən də dollar indeksinin düşməsi, əsas iqtisadi göstəricilər, Çinin xarici ticarətindəki yaxşı vəziyyət nəzərə alınaraq yuan dollara qarşı möhkəmləndirilib.

Bəzi xarici analitiklərin gözləntisinə görə dollar/yuan kursu düşməkdə davam edəcək və məzənnə 6 səviyyəsinə enəcək. 

Uzunmüddətli dövrə nəzər yetirdikdə görürük ki, yuanın məzənnəsində möhkəmlənmə müddəti artıq 30 ilə çatır. 1994-cü ildə dollar/yuan məzənnəsi 8,7 həddinə çatdıqdan sonra bir ildən çox ucuzlaşaraq 8,3 səviyyəsinə geriləyib. 

Məzənnə 2006-cı ilin ikinci yarısına qədər sabit qalıb və həmin tarixdən yenidən enişə keçib. Başqa sözlə, ötən 16 il ərzində yuanın bahalaşması davamlı hal alıb. Dollar/yuan məzənnəsində ən aşağı səviyyə 2013-cü ildə qeydə alınıb. Həmin tarixdə bir dollar 6,03 yuana dəyişdirilib. Çinin maliyyə analitikləri məzənnənin yenidən həmin səviyyə düşəcəyini gözləyir. 

Yuanın bahalaşması Azərbaycanın strateji valyuta ehtiyatlarına da müsbət təsir edir. Dövlət Neft Fondunun ehtiyatlarının 555 milyon dolları yuanda saxlanılır. Bir il əvvəl yuanda olan ehtiyat 500 milyondan az idi. Məhz dolların yuana nisbətən 10 faizdən çox ucuzlaşması ehtiyatların dollar ifadəsində dəyərini artırıb. 

Vasif
Sfera.az

 

 


OXŞAR XƏBƏRLƏR

Qızılın qiymətində durğunluq - Almaq üçün əla fürsət

Qızıl bazarında nadir müşahidə olunan hal yaşanır. Bazarda qiymətlər ötən ayla müqayisədə aşağı düşüb.   Sfera.az Xəzər TV-yə istinadla xəbər ve...

Həlak olan fələstinlilərin sayı 57,8 minə çatıb

İsrail zərbələri nəticəsində Qəzza zolağında ölənlərin sayı son 24 saat ərzində 59 nəfərə çatıb, 208 vətəndaş yaralanma ilə xəstəxanaya yerləşdirilib.  ...

Acunun 22 milyon borcu var

Acun İlıcalının İngiltərədə 22 milyon funt sterlinq borca girdiyi bildirilib.   Sfera.az xəbər verir ki, tanınmış media maqnatının sahibi olduğu &quo...

Türkiyədə kağız fabrikində 50-yə yaxın işçi zəhərləndi

Türkiyənin qərbindəki Aydın vilayətində kağız fabrikinin 50-yə yaxın işçisi qidadan zəhərlənmə şübhəsi ilə xəstəxanaya yerləşdirilib.   Sfera.az ...

Xalq artistinin oğlu: "Həkim səhlənkarlığı ucbatından atamı itirdim"

"Azdrama"ya getmirəm. Elə bil ayağım getmir. "Azdrama" deyəndə teatrın köhnə vaxtları yadıma düşür. Təmirdən sonra teatr tam dəyişib. Bir də...

Gəncədə partlayışda ağır xəsarət alan şəxs öldü

Bir neçə gün əvvəl Gəncədə baş vermiş partlayış və yanğın hadisəsi nəticəsində ağır xəsarət alan şəxs müalicə aldığı xəstəxanada ölüb.   Sfera.az xəb...