Koronavirusu kim yayıb? - Bayden kəşfiyyata virusun mənbəyini tapmaq göstərişi verdi

12:59 / 27.05.2021
2742
ABŞ prezidenti Co Bayden ölkənin kəşfiyyat xidmətlərinə koronavirus pandemiyasının mənbəyini araşdırmaq üçün səyləri artırmağı və 90 gün ərzində
yekun hesabat hazırlamağı
tapşırıb.
Sfera.az xəbər verir ki, koronavirusun haradan qaynaqlanması ilə bağlı qəti bir nəticəyə gəlinmədiyini
bildirən C. Bayden kəşfiyyatdan səylərini
ikiqat artırmağı
tələb
edib.
Bayden bundan əvvəl
mart ayında kəşfiyyat xidmətlərinə koronavirüsün insanlara yoluxmuş heyvandan, yoxsa laboratoriya qəzasından qaynaqlandığını araşdırmağı tapşırmışdı. Hesabatı bu ayın əvvəlində
aldığını
bildirən
Co Biden 17 kəşfiyyat xidmətinin
birləşməsindən
formalaşan ABŞ
Kəşfiyyat Cəmiyyətinin hər iki ssenariyə diqqət yetirdiyini, lakin qəti
bir nəticəyə gələ bilmədiyini açıqlayıb.
O, təşkilatının iki üzvünün birinci ssenariyə, bir üzvünün isə ikinci ssenariyə meyl göstərdiyini, lakin əksəriyyətin məsələdə
neytral mövqe nümayiş etdirdiyini qeyd edib.
Bu səbəblə ABŞ prezidenti bu istiqamətdə araşdırma işlərinin intensivləşdirilməsini və yeni hesabat hazırlanmasını istəyib.
Əzizə Zeynal
Sfera.az