Səhhətindəki problemlərə görə vaksin vurdura bilməyənlər COVID-19 pasportunu necə alacaq? - AÇIQLAMA

Səhhətindəki problemlərə görə vaksin vurdura bilməyənlər COVID-19 pasportunu necə alacaq? - AÇIQLAMA
Xəbər verdiyimiz kimi iyulun 1-dən etibarən COVID-19 pasportu və ya COVID-19-a qarşı immunitet sertifikatı tələbi müəyyən edilən iş və xidmət sahələrinin işçilərinin ən azı 80 faizinin belə pasporta və ya sertifikata malik olması tələb olunacaq.
 
Lakin bəzi şəxslər səhhətindəki problemləri irəli sürərək vaksin vurdura bilməyəcəyini iddia edir. Digər tərəfdən onların arasında koronavirusa yoluxmayanlar da mövcuddur.

Maraqlıdır, peyvənd vurdura bilməyən və eyni zamanda virusa yoluxmayan şəxslərin COVİD-19 pasport almaq ehtimalı varmı?

Tibb üzrə ekspert Adil Qeybulla Sfera.az-a açıqlamasında deyib ki, kimlərə vaksin vurula bilər, kimlərə yox, bunu ancaq həkimlər müəyyənləşdirə bilər:

"İnsanların özü bunu həll edə bilməz. Digər tərəfdən immun sistemi formalaşmayan adama COVİD-19  pasportunun verilməsi məsələsi absuddur. Çıxış yolu ondan ibarətdir ki, antikor testləri çox ucuz edilsin. Bundan sonra insanlar testləri rahat verib immunitetlərinin formalaşıb formalaşmadığını müəyyənləşdirsinlər. İmmun sistemi formalaşan adama təbii ki, pasport verilə bilər ki, sonradan diskriminasiya olmasın”.

Müsahibimiz qeyd edib ki, hazırda vətəndaşların çoxu müxtəlif bəhanələrlə vaksinasiyadan yayınırlar:

"Onların bəhanələrinin hamısı əsassızdır.  Koronavirusa yoluxub əziyyətlə dünyasını dəyişmək yaxşıdır, yoxsa vaksin olunub ondan qorunmaq? Bu iki dilemmanın qarşısında oturub düşünmək lazımdır”.

Günay Rəsulqızı
Sfera.az

OXŞAR XƏBƏRLƏR

Rusiya Azərbaycandan nəyin heyfini çıxmağa çalışır?

Rusiyanın Azərbaycan xalqına qarşı şovinist və irqçi siyasəti artıq gizli deyil – açıq düşmənçilik səviyyəsindədir!   Son günlər Rusiyada baş v...

Kürdəmirdə 35 yaşlı qadın qətlə yetirilib, həyat yoldaşı şübhəli bilinir

Kürdəmirdə 35 yaşlı qadın qətlə yetirilib, həyat yoldaşı şübhəli bilinir.   Sfera.az xəbər verir ki, hadisə rayonun Şilyan kəndində qeydə alınıb. ...

Aygün Attar: "Rusiyada qeyri-rus xalqlarına qarşı dövlət terroru başlayıb"

Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunun İdarə Heyətinin sədri, professor Aygün Attar Rusiyada azərbaycanlıların kütləvi həbslərini, onlara ...

"Bu halda III Dünya müharibəsi başlayacaq"- Orban

Macarıstanın baş naziri Viktor Orban deyib ki, Ukraynanın NATO-ya daxil olması Rusiya ilə münaqişəyə və III Dünya müharibəsinə gətirib çıxaracaq. Bu, ertəsi gün...

Azərbaycan güləşçisi Türkiyədə çempion olub

Türkiyənin Kocaeli şəhərində Yaşar Doğu, Vehbi Əmrə və Hamit Kaplanın xatirə turniri davam edir.   Sfera.az xəbər verir ki, bu gün sərbəst güləş üzrə...

Overçukun Azərbaycan səfəri ləğv olundu

Rusiya baş nazirinin müavini Aleksey Overçukun bu ay Azərbaycana nəzərdə tutulan səfəri ləğv olunub.   Sfera.az məlumatına görə, Azərbaycan hökuməti ...