Şəmkir sakini keçmiş arvadını və baldızını bıçaqladı

Şəmkir sakini keçmiş arvadını və baldızını bıçaqladı
Şəmkir rayonunda yerli sakin keçmiş arvadını və onun bacısını bıçaqlayıb.

Sfera.az-ın məlumatına görə, 1977-ci il təvəllüdlü Gürzalı Alıyev mübahisə zəminində keşmiş həyat yoldaşı, 1987-ci il təvəllüdlü Şəlalə Tağıyevanı və onun bacısı, 1989-cu il təvəllüdlü Şəhla Süleymanovanı bıçaqlayıb. Hər iki qadın bir bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib.

Hadisəni törədən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.
 
(Report)

OXŞAR XƏBƏRLƏR