Gəncə bazarında qadın qətlə yetirildi

Gəncə bazarında qadın qətlə yetirildi
Gəncə şəhərində qadın keçmiş həyat yoldaşı tərəfindən bıçaqlanaraq qətlə yetirilib.

Sfera.az-ın məlumatına görə, hadisə şəhərin "Gəncə Səbəti" adlanan bazarda qeydə alınıb. Şəhər sakini, 1990-cı il təvəllüdlü Gülay Amanova keçmiş həyat yoldaşı, 1984-cü il təvəllüdlü Qafar Amanov tərəfindən bıçaqlanaraq qətlə yetirilib. Hadisəni törədən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

OXŞAR XƏBƏRLƏR