E-TƏBİB vasitəsilə COVİD-19 pasportunu necə almaq lazımdır? - QAYDALAR - VİDEO

E-TƏBİB vasitəsilə COVİD-19 pasportunu necə almaq lazımdır? - QAYDALAR - VİDEO
 İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi COVID-19 pasportunun əldə edilməsi ilə bağlı proseduru açıqlayıb. 

Sfera.az xəbər verir ki, COVID-19 pasportunun iki növü var:  

"COVID-19 vaksin sertifikatı” və "COVID-19 immunitet sertifikatı. 

Sözügedən sertifikatları əldə etmək üçün İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin rəsmi internet səhifəsində E-xidmətlər bölməsinin "Şəxsi Kabinetə giriş” (//kabinet.its.gov.az/az/index) altbölməsi seçilməlidir. Bu bölmə "MyGov” portalına da inteqrasiya edilib.

Burada "ASAN Login” sisteminə istifadəçi FİN-i, "Asan İmza”, Elektron imza və ya BSXM (Bank Sertifikat Xidmətləri Mərkəzi) imzası ilə qeydiyyatdan keçmək lazımdır. Sonra "Digər xidmətlər” bölməsi seçilməlidir.

"Digər xidmətlər” bölməsi seçildikdə ekranda "COVID-19 vaksin sertifikatı”  və ya "COVID-19 immunitet sertifikatı” seçimləri əks olunur.

Əgər vətəndaş vaksin olunubsa "COVID-19 vaksin sertifikatı” seçimini etməlidir.

Xəstəliyə yoluxub sağalmış şəxs isə "COVID-19 immunitet sertifikatı” seçimini etməlidir.

Bu zaman təqdim olunan COVID-19 pasportunu elektron formatda yükləmək, eləcə də çap versiyada əldə etmək olar. 

Qeyd edək ki, COVID-19 pasportunun doğruluğunun sənəddə əks olunan "QR Code” vasitəsi ilə yoxlanılması da mümkündür.

Vətəndaşlar COVID-19 pasportunu "E-Təbib” mobil tətbiqi vasitəsi ilə də əldə edə bilərlər.

Bunun üçün E-TƏBİB mobil tətbiqini telefonunuza yükləyirsiniz. Sonra "Digər” bölməsinə daxil olaraq, "Covid-19 vaksin” setifikatı bölməsini seçirsiniz. Beləliklə, sənədin yüklənməsi prosesinə başlanılır.

Həmin izahlı videonu təqdim edirik:


OXŞAR XƏBƏRLƏR

Aygün Attar: "Rusiyada qeyri-rus xalqlarına qarşı dövlət terroru başlayıb"

Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunun İdarə Heyətinin sədri, professor Aygün Attar Rusiyada azərbaycanlıların kütləvi həbslərini, onlara ...

"Bu halda III Dünya müharibəsi başlayacaq"- Orban

Macarıstanın baş naziri Viktor Orban deyib ki, Ukraynanın NATO-ya daxil olması Rusiya ilə münaqişəyə və III Dünya müharibəsinə gətirib çıxaracaq. Bu, ertəsi gün...

Azərbaycan güləşçisi Türkiyədə çempion olub

Türkiyənin Kocaeli şəhərində Yaşar Doğu, Vehbi Əmrə və Hamit Kaplanın xatirə turniri davam edir.   Sfera.az xəbər verir ki, bu gün sərbəst güləş üzrə...

Overçukun Azərbaycan səfəri ləğv olundu

Rusiya baş nazirinin müavini Aleksey Overçukun bu ay Azərbaycana nəzərdə tutulan səfəri ləğv olunub.   Sfera.az məlumatına görə, Azərbaycan hökuməti ...

Azərbaycanlıların saxlanılması ilə bağlı iş xüsusi nəzarətə götürüldü

Rusiya İstintaq Komitəsi Azərbaycan vətəndaşlarının saxlandığı Sverdlovsk vilayətində keçmişdə törədilmiş cinayətlə bağlı cinayət işinin istintaqını xüsusi nəza...

Rusiyada saxlanılan azərbaycanlıların həbsxanadan görüntüləri yayıldı - VİDEO

Rusiyada həbs olunan azərbaycanlıların görüntüləri yayılıb.   Sfera.az xəbər verir ki, sosial şəbəkələrdə yayılan kadrlar cəzaçəkmə müəssisələrinin b...