Ceyhun Bayramov Lassina Zerbo ilə görüşdü

Ceyhun Bayramov Lassina Zerbo ilə görüşdü
Avstriyaya işgüzar səfəri çərçivəsində xarici işlər naziri Ceyhun Bayramov və Nüvə Sınaqlarının Hərtərəfli Qadağan edilməsi Müqaviləsi Təşkilatının icraçı katibi Lassina Zerbo arasında görüş baş tutub.

Sfera.az xəbər verir ki, görüşdə Nüvə Sınaqlarının Hərtərəfli Qadagan edilməsi Müqaviləsi Təşkilatı ilə Azərbaycan arasındakı mövcud ümumi əməkdaşlığın səviyyəsindən razılıq bildirilərək, gələcək əməkdaşlıq imkanları müzakirə edilib.

Həmçinin görüşdə nazir 44 günlük Vətən müharibəsi barədə qarşı tərəfə ətraflı məlumat verərək, Ermənistan tərəfindən müharibə zamanı heç bir fərq qoyulmadan istifadə edilən və proporsional olmayan müharibə metodlarına həmsöhbətinin diqqətini çəkib.

Ermənistan tərəfindən mülki obyektlərə raket hücumlarının həyata keçirildiyini qeyd edərək, nazir bu xüsusda fiziki sübutlarımızın mövcudluğuna istinad edib və aidiyyəti mexanizmlər ilə əməkdaşlıq imkanlarından faydalandığımızı bildirib.

OXŞAR XƏBƏRLƏR

Aygün Attar: "Rusiyada qeyri-rus xalqlarına qarşı dövlət terroru başlayıb"

Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunun İdarə Heyətinin sədri, professor Aygün Attar Rusiyada azərbaycanlıların kütləvi həbslərini, onlara ...

"Bu halda III Dünya müharibəsi başlayacaq"- Orban

Macarıstanın baş naziri Viktor Orban deyib ki, Ukraynanın NATO-ya daxil olması Rusiya ilə münaqişəyə və III Dünya müharibəsinə gətirib çıxaracaq. Bu, ertəsi gün...

Azərbaycan güləşçisi Türkiyədə çempion olub

Türkiyənin Kocaeli şəhərində Yaşar Doğu, Vehbi Əmrə və Hamit Kaplanın xatirə turniri davam edir.   Sfera.az xəbər verir ki, bu gün sərbəst güləş üzrə...

Overçukun Azərbaycan səfəri ləğv olundu

Rusiya baş nazirinin müavini Aleksey Overçukun bu ay Azərbaycana nəzərdə tutulan səfəri ləğv olunub.   Sfera.az məlumatına görə, Azərbaycan hökuməti ...

Azərbaycanlıların saxlanılması ilə bağlı iş xüsusi nəzarətə götürüldü

Rusiya İstintaq Komitəsi Azərbaycan vətəndaşlarının saxlandığı Sverdlovsk vilayətində keçmişdə törədilmiş cinayətlə bağlı cinayət işinin istintaqını xüsusi nəza...

Rusiyada saxlanılan azərbaycanlıların həbsxanadan görüntüləri yayıldı - VİDEO

Rusiyada həbs olunan azərbaycanlıların görüntüləri yayılıb.   Sfera.az xəbər verir ki, sosial şəbəkələrdə yayılan kadrlar cəzaçəkmə müəssisələrinin b...