"Formula 1" yarışları zamanı Bakı bulvarı bağlı olmayacaq

 İyunun 4-6-da Bakıda keçiriləcək "Formula 1" - Azərbaycan Qran-prisi ilə əlaqədar şəhərin mərkəzi küçə və prospektlərində nəqliyyat axınının idarə olunması üçün vahid fəaliyyət planı hazırlanıb. Əhalinin ictimai nəqliyyata əlçatanlığının və müntəzəm sərnişindaşımalarda fasiləsizliyin təmin olunması əsas faktor olaraq müəyyən edilib.

Sfera.az xəbər verir ki, bu barədə Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH), Bakı Nəqliyyat Agentliyi (BNA) və Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin (BŞDYPİ) birgə açıqlamasında bildirilir.

Məlumatda həmçinin deyilir ki, Vahid fəaliyyət planına əsasən, "Formula 1" yarışının keçirilməsi ilə əlaqədar olaraq trekin keçdiyi və onun ətrafındakı küçələrdə nəqliyyatın hərəkəti 31 may, gecə saat 01:00-dan etibarən 8 iyun, səhər saat 06:00-a qədər dayandırılacaq. Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin yarış hazırlığı çərçivəsində əvvəlcədən trekdə planlaşdırılan kiçik miqyaslı işlər trek üzrə hərəkət tam məhdudlaşdırıldıqdan sonra həyata keçiriləcək.

Yarış həftəsinin bütün günlərində trekin keçdiyi və onun ətrafındakı küçələrdə nəqliyyatın hərəkətinə nəzarəti BŞDYPİ həyata keçiləcək.
Eləcə də yaşayış ünvanı yol hərəkətinin müvəqqəti məhdudlaşdırıldığı ərazilərdə yerləşən şəhər sakinlərinə //www.bakucitycircuit.com/az/faq səhifəsində əks olunan qaydalara uyğun olaraq yaşayış məntəqələrinə avtomobillə daxil olmaları üçün keçid vərəqləri təqdim olunur.

Məhdudiyyətin tətbiq olunduğu müddət ərzində 22 müntəzəm marşrut xətti üzrə - 1, 2, 4, 5, 6, 10, 18, 31, 37, 46, 53, 59, 61, 65, 77, 88, 125, 127, 205, M3 və M7 nömrəli- avtobusların hərəkət sxemində müvəqqəti dəyişiklik ediləcək. Dəyişikliklər barədə ətraflı məlumatı qeyd olunan link vasitəsi ilə əldə etmək mümkündür. (//www.bna.az/az/news/1318) Digər dəyişikləri isə BŞH-nin internet səhifəsindən www.bakucitycircuit.com əldə edə bilərsiniz.

Nəqliyyat vasitələri ilə yanaşı, piyadaların da rahat, maneəsiz və fasiləsiz hərəkətini təmin etmək məqsədilə zəruri tədbirlər görülüb. Belə ki, yarış həftəsi ərzində şəhər sakinləri trek ərazisində yerləşən yeraltı keçidlərdən və həmçinin trekin müəyyən yerlərində quraşdırılan yerüstü keçidlərdən istifadə edə biləcəklər. Bu yerüstü keçidlər Azərbaycan prospekti ilə İstiqlaliyyət küçəsinin və Neftçilər prospekti ilə Rəşid Behbudov küçəsinin, Xaqani ilə Rəşid Behbudov küçələrinin və Azadlıq prospekti ilə Xaqani küçəsinin kəsişmələrində yerləşir.

Bundan başqa, bu il "Formula 1" yarışı tamaşaçısız keçirildiyi üçün dənizkənar bulvar ərazisi bağlı olmayacaq və şəhər sakinləri yarış həftəsinin bütün günlərində bu ərazidən gün boyu istifadə edə biləcəklər.

"Bakı Şəhər Halqası Əməliyyat Şirkəti, Bakı Nəqliyyat Agentliyi və Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi adından əhaliyə müraciət edərək müvəqqəti xarakter daşıyan dəyişiklikləri və məhdudiyyətləri anlayışla qəbul etmələrini xahiş edirik. Ciddi zərurət olmadığı halda şəxsi nəqliyyat vasitəsi ilə şəhər mərkəzinə səyahət etməməyi, daha çox ictimai nəqliyyata üstünlük verilməsini tövsiyə edirik. Bu, yollarda hərəkətin maneəsiz təşkili eləcə də lüzumsuz sıxlıqların yaranmaması baxımından məqsədəuyğun davranışdır.

31 may səhər saat 06:00-dan "Bakı Metropoliteni" QSC-də sərnişindaşıma fəaliyyətinin bərpa olunması da əhalinin ictimai nəqliyyat imkanlarının artırılması baxımından olduqca əhəmiyyətlidir.

Bir daha vətəndaşlarımıza bu cür mötəbər idman tədbirlərinin uğurla keçirilməsinə verdikləri dəstəyə və nümayiş etdirdikləri anlayışa görə təşəkkür edirik", - məlumatda qeyd olunub.

OXŞAR XƏBƏRLƏR

Rusiyada 20-dən çox uçuş təxirə salındı

Moskvanın “Şeremetevo” hava limanı 20-dən çox reysi təxirə salıb.   Sfera.az xəbər verir ki, bu barədə hava limanının onlayn lövhəsində m...

Sadəcə hürə bilir: Anası tərəfindən atılan 8 yaşlı uşaq danışmağı unudub

Taylandda baş verən faciəvi hadisə sosial xidmətlərin hərəkətə keçməsinə səbəb olub. Yalnız itlərlə ünsiyyət qura bilən 8 yaşlı uşaq illərdir baxımsız qaldığı e...

Kirayə mənzillərə gizli kameralar qoyulur - AÇIQLAMA

Son illər kirayə verilən mənzillərdə və həyət evlərində təhlükəsizlik məqsədilə müşahidə kameralarının quraşdırılması halları artmaqdadır. Lakin bu tendensiya ş...

Azərbaycanın ATƏT-dəki nümayəndə heyətindən etiraz bəyanatı

Azərbaycanın ATƏT-dəki nümayəndə heyəti etiraz bəyanatı yayıb.   Sfera.az xəbər verir ki, bu barədə Azərbaycanın Vyanadakı səfiri Rövşən Sadıqbəyli ö...

59 il bioloji valideynlərini axtaran kişi DNT testi sayəsində gözlənilməz həqiqəti üzə çıxardı - FOTO

Uels sakini Saymon Prothero ömrünün 59 ilini öz ailəsini tapmağa çalışıb. Kişi DNT testindən keçəndə doğumu, valideynləri və körpə ikən niyə tərk edildiyi barəd...

Yaponiyada artıq çəkili olmaq həqiqətən qadağandırmı?

Yaponiyada artıq çəkidən əziyyət çəkən şəxslərin vergiyə cəlb edilməsi və ya artıq çəkili olmanın qeyri-qanuni hesab edildiyi barədə şayiələr zaman-zaman yenidə...