İlin ilk Ay tutulması ilə bağlı azərbaycanlı astroloqdan TƏHLÜKƏ XƏBƏRDARLIĞI

İlin ilk Ay tutulması ilə bağlı azərbaycanlı astroloqdan TƏHLÜKƏ XƏBƏRDARLIĞI
"İlin ilk Ay tutulması haqqında mütəxəssislərin fikri nikbinlikdən uzaqdır və hadisənin təhlükəsi barədə müxtəlif ehtimallar səsləndirilir”.
 
Bunu Sfera.az-a açıqlamasında tanınmış astroloq Səbuhi Rəhimli deyib. O bildirib ki, tutulma məqamında Ay Oxatan bürcündə olacaq və belə hallarda insanlarda idealist fikirlər, fəlsəfəyə, hisslərə meyllilik baş qaldırır: 

"Bu müddətdə qara ciyərin, qan yaradan sistemin, ombaların həssaslığı artır. Belə günlərdə davamlı piyada gəzintisi arzuolunmazdır, adi günlərdən daha tez yorulmaq mümkündür. Hətta azacıq fiziki ağırlıq omba və omba sümüyü nahiyəsində ağrı yarada bilər. Ayın Oxatan bürcündə olduğu günlərdə ağır və yağlı yeməklərdən ötüşmək vacibdir. Yaxşı olardı ki, qara ciyər artıq yüklənməsin. Belə günlərdə qan damarı adi günlərdən fərqli olaraq daha kövrək olur və ürək-damar sistemində cərrahi əməliyyatdan qaçmaq lazımdır. Avesta təqviminə görə, tutulma 20 may-18 iyun aralığını təşkil edən müddətə düşür”.

Astroloq qeyd edib ki, bu astronomik olay üç xüsusiyyəti ilə adi tutulmalardan fərqlənəcək:

"Belə ki, həmin məqamda Ay Yerə maksimum yaxınlaşacaq, Ayın rəngi qırmızıya çalacaq və tutulma tam şəkildə böyük bir ərazini əhatə edəcək. Belə tutulmalara "super Ay tutulması” və ya "qanlı Ay tutulması” da deyirlər.

Oxatan bürcünün 5-ci dərəcəsindəki məlum hadisəni tam şəkildə Avstraliyada, Yeni Zelandiyada, Cənubi Amerikada, cənub-şərqi Asiyada, ABŞ-ın qərb regionlarında, Rusiyanın Sibir və Uzaq Şərq bölgələrində müşahidə etmək mümkün olacaq. Tutulma bucağı və vaxtı münasib olmadığı üçün hadisə Azərbaycandan müşahidə olunmayacaq”.

Qeyd edək ki, tam Ay tutulması Bakı vaxtı ilə 16:52:23-də sona çatacaq.

Günay
Sfera.az

OXŞAR XƏBƏRLƏR

Azərbaycan güləşçisi Türkiyədə çempion olub

Türkiyənin Kocaeli şəhərində Yaşar Doğu, Vehbi Əmrə və Hamit Kaplanın xatirə turniri davam edir.   Sfera.az xəbər verir ki, bu gün sərbəst güləş üzrə...

Overçukun Azərbaycan səfəri ləğv olundu

Rusiya baş nazirinin müavini Aleksey Overçukun bu ay Azərbaycana nəzərdə tutulan səfəri ləğv olunub.   Sfera.az məlumatına görə, Azərbaycan hökuməti ...

Azərbaycanlıların saxlanılması ilə bağlı iş xüsusi nəzarətə götürüldü

Rusiya İstintaq Komitəsi Azərbaycan vətəndaşlarının saxlandığı Sverdlovsk vilayətində keçmişdə törədilmiş cinayətlə bağlı cinayət işinin istintaqını xüsusi nəza...

Rusiyada saxlanılan azərbaycanlıların həbsxanadan görüntüləri yayıldı - VİDEO

Rusiyada həbs olunan azərbaycanlıların görüntüləri yayılıb.   Sfera.az xəbər verir ki, sosial şəbəkələrdə yayılan kadrlar cəzaçəkmə müəssisələrinin b...

Markov Yekaterinburq hadisələrini pislədi: "Mülki şəxslərin saxlanma zamanı ölməsi dəhşətdir"

Heç bir müqavimət göstərməyən mülki şəxslərin saxlanması zamanı iki nəfərin ölməsi dəhşətdir.   Sfera.az xəbər verir ki, bunu Rusiya Siyasi Tədqiqatl...

Bu cütlüklərin boşanma faizi çoxdur - YENİ TƏDQİQAT

İndiana Universitetinin psixoloqları tərəfindən aparılan araşdırma qadın-kişi münasibətləri ilə bağlı maraqlı faktları üzə çıxarıb.   Sfera.az xəbər...