5 ildə 7 min tələbə təhsil haqqına görə universitetdən xaric edilib - \"Gənc və ixtisaslı kadr çatışmazlığı yaranacaq\"

5 ildə 7 min tələbə təhsil haqqına görə universitetdən xaric edilib - \
"Bir sıra ali təhsil müəssisələri pandemiyanın yaratdığı çətinlikləri, insanların gəlirlərinin aşağı düşməsini, iş yerlərinin bağlanmasını nəzərə almırlar”.
 
Bunu Sfera.az-a açıqlamasında təhsil eksperti Kamran Əsədov təhsil haqqını ödəyə bilmədiyinə görə, universitetdən xaric edilən tələbələrlə bağlı danışarkən deyib.
 
Ekspert bildirib ki, digər tərəfdən Azərbaycan ali təhsil müəssisələrinin gəlirlərinin 90 faizi məhz tələbələrin ödədikləri təhsil haqqı hesabınadır:

"Hər il ən azı 2 min 500, 3 minə yaxın tələbə bu və ya digər səbəbdən təhsilini yarımçıq qoyur. Onlar arasında təhsil haqqını ödəyə bilmədiyinə görə, universitetdən xaric edilən kifayət qədər tələbələr var. Məsələn, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Azərbaycan Texniki Universiteti, Azərbaycan Turizm və Menecment Universitetində tələbələrin müxtəlif səbəblərdən xaric edilmə hallarına daha çox rast gəlmək olur. Digər bir amil tələbələrə hər hansı güzəştin edilməməsidir. Baxmayaraq ki, 2013-cü ildə ölkə başçısı İlham Əliyev tərəfindən "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası” qəbul ediləndə orada Təhsil Fondunun yaradılması nəzərdə tutulurdu. Bir neçə ay bundan əvvəl, Tələbə Kredit Təşkilatının yaradılması  düşünüldü. Lakin təəssüf ki, Azərbaycanda ödənişli əsaslarla təhsil alan şəxslərə güzəştlər yoxdur”.

Müsahibimiz qeyd edib ki, hazırda ölkədə 51 ali təhsil müəssisəsində 182 min tələbə təhsil alır və onların 110 mini ödənişsiz əsaslarla oxuyur:

"Azərbaycanda ali təhsilli insanları sayı çox azdır. Bu gün ölkə vətəndaşının cəmi 17 faizi ali təhsillidir, ona görə də biz təhsil haqqını ödəyə bilməyənləri xaric etməməliyik. Bu, ciddi qüsurdur.  Bu tip insanları təhsildən uzaqlaşdırmaqla əmək bazarında rəqabəti aşağı salırıq. Son 5 ildə 7 minə yaxın şəxs təhsil haqqını ödəyə bilmədiyinə görə universitetlərdən xaric edilib. Təbii ki, bu addım hüquqi baxımdan doğru olsa da, insanlıq baxımından mövcud pandemiya şəraitini, Vətən Müharibəsi və.s kimi amilləri nəzərə almaq lazım idi.  Tələbələri universitetdən xaric etməklə nəsə qazanmayacağıq, amma itirəcəyik. Bu qədər şəxsin ali təhsil müəssisəsindən xaric edilməsi ölkədə müəyyən qədər gənc ixtisaslı kadrların çatışmazlığı problemini yarada bilər”.

Qeyd edək ki, Azərbaycan Memarlıq və İnşaat Universitetində dekanlıq III kurs tələbələrinin təhsil haqqı borcları ilə bağlı siyahı hazırlayıb və onların universitetdən xaric edilməsini xahiş edib. 
 


Günay Rəsulqızı
Sfera.az

OXŞAR XƏBƏRLƏR

Azərbaycan güləşçisi Türkiyədə çempion olub

Türkiyənin Kocaeli şəhərində Yaşar Doğu, Vehbi Əmrə və Hamit Kaplanın xatirə turniri davam edir.   Sfera.az xəbər verir ki, bu gün sərbəst güləş üzrə...

Overçukun Azərbaycan səfəri ləğv olundu

Rusiya baş nazirinin müavini Aleksey Overçukun bu ay Azərbaycana nəzərdə tutulan səfəri ləğv olunub.   Sfera.az məlumatına görə, Azərbaycan hökuməti ...

Azərbaycanlıların saxlanılması ilə bağlı iş xüsusi nəzarətə götürüldü

Rusiya İstintaq Komitəsi Azərbaycan vətəndaşlarının saxlandığı Sverdlovsk vilayətində keçmişdə törədilmiş cinayətlə bağlı cinayət işinin istintaqını xüsusi nəza...

Rusiyada saxlanılan azərbaycanlıların həbsxanadan görüntüləri yayıldı - VİDEO

Rusiyada həbs olunan azərbaycanlıların görüntüləri yayılıb.   Sfera.az xəbər verir ki, sosial şəbəkələrdə yayılan kadrlar cəzaçəkmə müəssisələrinin b...

Markov Yekaterinburq hadisələrini pislədi: "Mülki şəxslərin saxlanma zamanı ölməsi dəhşətdir"

Heç bir müqavimət göstərməyən mülki şəxslərin saxlanması zamanı iki nəfərin ölməsi dəhşətdir.   Sfera.az xəbər verir ki, bunu Rusiya Siyasi Tədqiqatl...

Bu cütlüklərin boşanma faizi çoxdur - YENİ TƏDQİQAT

İndiana Universitetinin psixoloqları tərəfindən aparılan araşdırma qadın-kişi münasibətləri ilə bağlı maraqlı faktları üzə çıxarıb.   Sfera.az xəbər...