Bərdə bazarında niyə 3 gün sonra yenə yanğın oldu? - İcra başçısından açıqlama

Bərdə bazarında niyə 3 gün sonra yenə yanğın oldu? - İcra başçısından açıqlama
Bərdə Rayon İcra Hakimiyyətinin başçısı Vidadi Rzayev rayonda son 4 gün ərzində iki böyük yanğının baş verməsi haqda danışıb.

Sfera.az xəbər verir ki, icra başçısı açıqlamasında bildirib ki, bu gün səhər saat 07 radələrində rayonun "Təza bazar”ında qısa qapanmadan yanğın başlayıb: "Yanğın barədə məlumat alan kimi hadisə yerinə gəlmişik. Hazırda polis rəisi, müavinləri, fövqəladə hallar komissiyasının sədri də buradadır. Tərtər, Ağdam və Yevlax rayonlarından yanğınsöndürənlər də cəlb edilib. Yanğın demək olar ki, lokallaşdırılıb və söndürülməsi üçün tədbirlər görülür. İlkin məlumata görə, güclü külək nəticəsində bazarın üzərindən keçən naqillərdə qısaqapanma olub və oradan yanğın başlayıb”.

V.Rzayev qeyd edib ki, bazarda minə yaxın obyekt yerləşir və ilkin məlumata görə, 60 obyekt yanıb: "Yanğının digər obyektlərə keçməsinin qarşısı alınır. Təxminən 1000 kvadratmetr ərazi yanıb, əsasən geyim dükanları və ərzaq mağazalarıdır. Bəzi mağazalarda generatorlar, plastik manekenlər olduğu üçün onlar tezalışan materiallardır və yanğının söndürülməsini çətinləşdirir. Həmçinin, hazırda güclü külək də işə maneə olur.

İcra başçısı bildirib ki, mayın 23-də baş verən yanğınla bugünkü yanğının əlaqəsi yoxdur: "İlkin informasiyaya görə, hər hansı cinayət və ya təxribat əməli yoxdur, təsadüfi ardıcıllıqdır. Bir neçə gün öncə baş verən yanğın çayxanada qaz balonunun partlaması nəticəsində baş vermişdi. Həmin vaxt 10 mağazaya zərər dəymişdi, 4 obyektdə zərər ciddi idi, onlardan yalnız birinin sığortası var idi. İndiki yanğında isə bazar rəhbərliyi daşınmaz əmlakı sığorta etdirməlidir. Yanğın söndürüləndən sonra bu məsələni araşdıracağıq”.
 
 (Qafqazinfo)
 

OXŞAR XƏBƏRLƏR

Azərbaycan güləşçisi Türkiyədə çempion olub

Türkiyənin Kocaeli şəhərində Yaşar Doğu, Vehbi Əmrə və Hamit Kaplanın xatirə turniri davam edir.   Sfera.az xəbər verir ki, bu gün sərbəst güləş üzrə...

Overçukun Azərbaycan səfəri ləğv olundu

Rusiya baş nazirinin müavini Aleksey Overçukun bu ay Azərbaycana nəzərdə tutulan səfəri ləğv olunub.   Sfera.az məlumatına görə, Azərbaycan hökuməti ...

Azərbaycanlıların saxlanılması ilə bağlı iş xüsusi nəzarətə götürüldü

Rusiya İstintaq Komitəsi Azərbaycan vətəndaşlarının saxlandığı Sverdlovsk vilayətində keçmişdə törədilmiş cinayətlə bağlı cinayət işinin istintaqını xüsusi nəza...

Rusiyada saxlanılan azərbaycanlıların həbsxanadan görüntüləri yayıldı - VİDEO

Rusiyada həbs olunan azərbaycanlıların görüntüləri yayılıb.   Sfera.az xəbər verir ki, sosial şəbəkələrdə yayılan kadrlar cəzaçəkmə müəssisələrinin b...

Markov Yekaterinburq hadisələrini pislədi: "Mülki şəxslərin saxlanma zamanı ölməsi dəhşətdir"

Heç bir müqavimət göstərməyən mülki şəxslərin saxlanması zamanı iki nəfərin ölməsi dəhşətdir.   Sfera.az xəbər verir ki, bunu Rusiya Siyasi Tədqiqatl...

Bu cütlüklərin boşanma faizi çoxdur - YENİ TƏDQİQAT

İndiana Universitetinin psixoloqları tərəfindən aparılan araşdırma qadın-kişi münasibətləri ilə bağlı maraqlı faktları üzə çıxarıb.   Sfera.az xəbər...