Londona 20 milyon dollar aparan azərbaycanlı ər-arvad kimdir? - ÇİRKLİ PULUN YUYULMASI

Londona 20 milyon dollar aparan azərbaycanlı ər-arvad kimdir? - ÇİRKLİ PULUN YUYULMASI
Böyük Britaniyanın Milli Cinayətkarlıqla Mübarizə İdarəsi (NCA) "Evening standard” qəzetinin Londonda yaşayan azərbaycanlı cütlüyün adlarının açıqlanması uğrunda mübarizəsinə qoşulub.

Sfera.az xəbər verir ki, cütlüyün Azərbaycandan ölkəyə daxil olan 20 milyon dollar çirkli pulun yuyulmasında iştirak etdiyi iddia olunur.

NCA sözügedən cütlüyün adlarının açıqlanması üçün məhkəmə prosesinə tanınmış vəkil Conatan Hollu cəlb edib.

Uestminister mülki məhkəməsi ilin sonunadək müsadirə prosesini başlatmağı planlaşdırır. Bu proses çərçivəsində NCA cütlüyün 10 bank hesabında saxlanılan 6,5 milyon funt-sterlinq vəsaitini müsadirə etməyi planlaşdırır.

"Evening standard” Londonda bir neçə milyon funt sterlinq qiymətində əmlaklara sahib olan cütlüyün adlarının açıqlanması üçün iki ilə yaxındır ki, mübarizə aparır. Cütlüyün əmlakları və bank hesablarındakı pulları hüquq-mühafizə orqanlarının göstərişi ilə dondurulub.

Bildirilir ki, bu günə qədər NCA qəzetlə məhkəmə arasında gedən prosesdə neytral mövqe nümayiş etdirib. Lakin məhkəmə prosesində hakim qəzetin ictimai maraq doğuran məsələni araşdırdığını etiraf edib və ölkəyə çirkli pulların axmasından narahat olduğunu bildirib. Məhkəmənin cütlüyün adlarını açıqlanmasına qoyduğu qadağanı qaldırmamasından sonra NCA prosesdə neytrallığını dayandıraraq qəzətin tərəfinə keçib.

Bundan sonra NCA məhkəmə prosesinə "çirkli pullar” sahəsində təcrübəli vəkil cənab Hollu cəlb edib.

Vəkil Holl məxfiliyin ləğvini tələb edib, belə ki, qarşı tərəf anonimlik zərurətini əsaslandıra bilməyib.

Conatan Holl qeyd edib ki, Y. adlı xanım Britaniyada məhdud məsuliyyətli şirkətin direktoru vəzifəsində çalışıb və onun adı ictimaiyyətə açıq mənbələrdə qeyd olunub. Vəkilin sözlərinə görə, cütlük Azərbaycandan gələn maliyyə vəsaitləri üçün sözügedən MMC-lərdən istifadə edib. Bununla sözügedən əməliyyatlara dair kommersiya sənədlərində onların adları və imzaları da yer alıb.

"Bu vəziyyətdə cütlüyün biznes və maliyyə fəaliyyətlərinə dair hər hansı bir xüsusi məxfilik tələb oluna bilməz”, - deyə Holl qeyd edib.

Bundan əlavə vəkil Holl cütlüyün müsadirə məhkəməsinin qapalı aparılması barədə vəsatətini də rədd edib və bunu "açıq ədalət prinsipinin pozuntusu” kimi qiymətləndirib.
 
(Qafqazinfo)

OXŞAR XƏBƏRLƏR

"Bu halda III Dünya müharibəsi başlayacaq"- Orban

Macarıstanın baş naziri Viktor Orban deyib ki, Ukraynanın NATO-ya daxil olması Rusiya ilə münaqişəyə və III Dünya müharibəsinə gətirib çıxaracaq. Bu, ertəsi gün...

Azərbaycan güləşçisi Türkiyədə çempion olub

Türkiyənin Kocaeli şəhərində Yaşar Doğu, Vehbi Əmrə və Hamit Kaplanın xatirə turniri davam edir.   Sfera.az xəbər verir ki, bu gün sərbəst güləş üzrə...

Overçukun Azərbaycan səfəri ləğv olundu

Rusiya baş nazirinin müavini Aleksey Overçukun bu ay Azərbaycana nəzərdə tutulan səfəri ləğv olunub.   Sfera.az məlumatına görə, Azərbaycan hökuməti ...

Azərbaycanlıların saxlanılması ilə bağlı iş xüsusi nəzarətə götürüldü

Rusiya İstintaq Komitəsi Azərbaycan vətəndaşlarının saxlandığı Sverdlovsk vilayətində keçmişdə törədilmiş cinayətlə bağlı cinayət işinin istintaqını xüsusi nəza...

Rusiyada saxlanılan azərbaycanlıların həbsxanadan görüntüləri yayıldı - VİDEO

Rusiyada həbs olunan azərbaycanlıların görüntüləri yayılıb.   Sfera.az xəbər verir ki, sosial şəbəkələrdə yayılan kadrlar cəzaçəkmə müəssisələrinin b...

Markov Yekaterinburq hadisələrini pislədi: "Mülki şəxslərin saxlanma zamanı ölməsi dəhşətdir"

Heç bir müqavimət göstərməyən mülki şəxslərin saxlanması zamanı iki nəfərin ölməsi dəhşətdir.   Sfera.az xəbər verir ki, bunu Rusiya Siyasi Tədqiqatl...