İcra başçısı həyat yoldaşına avtomobil aldı - YARIM MİLYON QİYMƏTİ VAR

İcra başçısı həyat yoldaşına avtomobil aldı - YARIM MİLYON QİYMƏTİ VAR
"Həbsxanada onu yoluxmağa getməmişəm. Vilyam Hacıyevin istintaqı hələ davam edir, bir yenilik yoxdur. Yəni camaatda nə məlumat varsa, mən də onu bilirəm. Allah qapısını açsın, nə deyim vallah”.

Sfera.az xəbər verir ki, Bbu sözləri açıqlama verən Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev İmişlinin keçmiş icra başçısı, əmisi oğlu Vilyam Hacıyevdən danışarkən deyib.

O, həmçinin ölkədə korrupsiya faktı ilə tutulan digər icra başçılarından da danışıb:

"Hazırda ölkədə korrupsiya ilə güclü mübarizə gedir. Burada icra başçıları, komitə sədrləri tutuldu. Zaman-zaman mən çalışmışam ki, mütəmadi olaraq bu problemləri dilə gətirim. Mən hər zaman Şəmkirin keçmiş icra başçısı Alimpaşa Məmmədovun bütün qanunsuz əməllərini ifşa edirdim. Deyəndə ki, qaval çalan Şəmkir rayonunu yeyib dağıdır, süni görüntü yaradır, dövlətçiliyə xas olmayan hərəkətlər edir, məni topa tutdururdu. Çox şadam ki, dediklərim təsdiqini tapdı və o, əliqandallı Bakıya gətirildi”.

Hafiz Hacıyev qanunsuz dövlət büdcəsini talamaq hallarının hələ də davam etdiyini vurğulayaraq, söhbət əsnasında hazırda vəzifədə olan bir neçə icra başçılarının da adını çəkib:

"Məsələn yeni təyinat alan gənc icra başçılarını götürək. Xaçmazın yeni icra başçısı əvvəlki başçıya rəhmət oxudur. Qubanın icra başçısı rayonda at oynadır, hər vəzifəyə bir qiymət qoyub. Yoxsa, nə oldu, Qubaya təyin olunandan 3-4 ay keçmədi ki, arvadına 500 min manatlıq avtomobil aldı. Bir şəhidin qəbrini ziyarət, bir qaziyə yardım etmir. Heç bir şəhid ailəsini qəbul edib, onları dinləmir. Görünən odur ki, hazırda ölkədə kadr çatışmazlığı var”. 

Qeyd edək ki, Quba Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev adı qalmaqallarda ən çox hallanan icra başçılarından biridir.

Bir müddət əvvəl onun Çexiya, Ukrayna və Avropanın digər ölkələrində iri biznes şəbəkəsinin olduğuna dair faktlar, sənədlər yayılıb. Ziyəddin Əliyev 5 ildir ki, Quba Rayon icra başçısıdır.
 
(Bizim.Media)

OXŞAR XƏBƏRLƏR

Aygün Attar: "Rusiyada qeyri-rus xalqlarına qarşı dövlət terroru başlayıb"

Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunun İdarə Heyətinin sədri, professor Aygün Attar Rusiyada azərbaycanlıların kütləvi həbslərini, onlara ...

"Bu halda III Dünya müharibəsi başlayacaq"- Orban

Macarıstanın baş naziri Viktor Orban deyib ki, Ukraynanın NATO-ya daxil olması Rusiya ilə münaqişəyə və III Dünya müharibəsinə gətirib çıxaracaq. Bu, ertəsi gün...

Azərbaycan güləşçisi Türkiyədə çempion olub

Türkiyənin Kocaeli şəhərində Yaşar Doğu, Vehbi Əmrə və Hamit Kaplanın xatirə turniri davam edir.   Sfera.az xəbər verir ki, bu gün sərbəst güləş üzrə...

Overçukun Azərbaycan səfəri ləğv olundu

Rusiya baş nazirinin müavini Aleksey Overçukun bu ay Azərbaycana nəzərdə tutulan səfəri ləğv olunub.   Sfera.az məlumatına görə, Azərbaycan hökuməti ...

Azərbaycanlıların saxlanılması ilə bağlı iş xüsusi nəzarətə götürüldü

Rusiya İstintaq Komitəsi Azərbaycan vətəndaşlarının saxlandığı Sverdlovsk vilayətində keçmişdə törədilmiş cinayətlə bağlı cinayət işinin istintaqını xüsusi nəza...

Rusiyada saxlanılan azərbaycanlıların həbsxanadan görüntüləri yayıldı - VİDEO

Rusiyada həbs olunan azərbaycanlıların görüntüləri yayılıb.   Sfera.az xəbər verir ki, sosial şəbəkələrdə yayılan kadrlar cəzaçəkmə müəssisələrinin b...