“YAŞAT” marafonu başladı - CANLI YAYIM

Cəmiyyət
21:07 / 25.05.2021
2709
Diasporla İş üzrə Dövlət Komitəsinin və "YAŞAT” Fondunun təşəbbüsü, Azərbaycan Diasporuna Dəstək Fondunun maliyyə dəstəyi və təşkilatçılığı ilə "YAŞAT” Marafonuna start verilib.
Sfera.az xəbər verir ki, "Qələbəni bizə yaşadanları birlikdə yaşadaq!” şüarı ilə keçirilən "YAŞAT” xeyriyyə marafonunun əsas məqsədi şəhid ailələrinə və qazilərimizə dəstək verilməsidir.
Marafon Vətənimizin azadlığı uğrunda öz canlarını qurban verən igid oğullarımızın ruhuna hörmət əlaməti olaraq, onların ailələrinin və sağlamlıqlarını itirən qazilərimizin maddi-mənəvi problemlərinin həllinə yönəlib.
Marafon Azərbaycan Televiziyasında (AzTV) canlı nümayiş edilir.