Paracüdoçularımız qızıl medal qazanıblar

Paracüdoçularımız qızıl medal qazanıblar
Mayın 25-də Bakıda start götürən paracüdo üzrə "IBSA Judo Grand-Prix Baku 2021” beynəlxalq turnirində Azərbaycan idmançıları iki qızıl medal qazanıblar.

Sfera.az xəbər verir ki, Sevda Vəliyeva (57 kq) finalda özbəkistanlı rəqibi Parvina Samandarovaya qalib gələrək qızıl medal qazanıb. Digər qızıl medalı isə komandamızın aktivinə Namiq Abbaslı (66 kq) yazdırıb. O, həlledici qarşılaşmada özbəkistanlı Utkirjon Niqmatova qalib gəlib.

Bundan əvvəl paracüdoçularımız 4 bürünc medala sahib olublar.

Kişilərin yarışında Vüqar Şirinli (60 kq), qadınların mübarizəsində Şəhanə Hacıyeva (48 kq), Bəsti Səfərova (52 kq) və Afaq Sultanova (57 kq) üçüncü yeri tutublar.

Qran-Pridə kişilərin yarışında Azərbaycanı 7 çəki dərəcəsində 9 idmançı təmsil edir. Qadınların yarışında isə 6 çəki dərəcəsində 9 idmançımız mübarizə aparır. Qran-Pridə ümumilikdə 38 ölkədən 200 idmançı medallar uğrunda yarışır.

"IBSA Judo Grand-Prix Baku 2021” Qran-Prisi turniri Tokio Yay Paralimpiya Oyunlarına reytinq xalları qazandırır.
 

OXŞAR XƏBƏRLƏR

Bu il qurban kəsmək neçəyə başa gələcək?

Qurban bayramına az qaldığı üçün hər kəs qurbanlıqların qiyməti ilə maraqlanır.    Bəs qiymətlər vətəndaşları qane edir?    Sfer...

Şahsultan Həsənova yüksək VƏZİFƏ VERİLDİ

Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyəti başçısına yeni müavin təyin edilib.   Sfera.az “Teleqraf.az”a istinadən xəbər verir ki, bu...

ABB-nin Saatlı filialı yenilənmiş binada xidmətə başladı

ABB-nin filial şəbəkəsinin transformasiyası layihəsinin davamı olaraq Bankın Saatlı filialı da yenilənib.   Filialın binası ABB-nin yeni brend kimli...

“McDonald’s Azərbaycan” və DSMF şəhid övladları üçün bayram tədbiri təşkil ediblər - FOTO

“McDonald’s Azərbaycan” və Dövlət Sosial Müdafiə Fondu 1 İyun – Uşaqları Beynəlxalq Müdafiə Günü münasibətilə bayram tədbiri keçiriblər....

Ukraynanın hücumu ABŞ-ni qorxudub - Çin gəmiləri təhlükə mənbəyi ola bilərmi?

Ukraynanın Rusiya şəhərinə həyata keçirdiyi uzun məsafəli PUA (pilotsuz uçuş aparatı) hücumu ABŞ-də ciddi narahatlığa səbəb olub. Hücum, Rusiya hava hücumundan ...

Bıçaqlanan Araz Musayevdən yeni paylaşım: "Vəziyyətim ağırlaşıb!"

Mayın 28-də  Türkiyənin   Antalya  şəhərində  bıçaqlanan Muay-Tay Federasiyasının prezidenti, 9 qat dünya çempionu Araz Musayevdən...