Ali Məhkəmənin yeni hakimi and içdi

Ali Məhkəmənin yeni hakimi and içdi
Mayın 25-də Ramiz Rzayevin sədrliyi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu keçirilib.

Ali Məhkəmədən Sfera.az-a verilən məlumata görə, Plenumda Azərbaycan Respublikası Ali Məhkəməsi məhkəmə kollegiyalarının, qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılmasına dair və kassasiya instansiya məhkəməsində məhkəmə aidiyyətinə dair mübahisələr üzrə şikayətlərə baxılması, o cümlədən məhkəmə aidiyyəti ilə bağlı məhkəmələr arasında fikir ayrılığının həllinə dair məhkəmə tərkiblərinin yenidən təşkili ilə əlaqədar məsələ müzakirə olunub və qərar qəbul edilib.

Plenumda "Məhkəmə-Hüquq Şurası haqqında” Azərbaycan Respublikası Qanunun tələbinə əsasən Ali Məhkəmənin hakimləri sırasından Hakimlərin Seçki Komitəsinə namizədlərin təklif olunması ilə əlaqədar məsələ müzakirə olunub və müvafiq qərar qəbul edilib.

Plenumda Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi Kərimov Səyyad Əli oğlu "Məhkəmələr və hakimlər haqqında" Azərbaycan Respublikası Qanununun tələbinə əsasən ədalət mühakiməsini Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına tam uyğun olaraq, qərəzsiz, ədalətlə həyata keçirəcəyinə, hakimin müstəqilliyini və ləyaqətini qoruyub saxlayacağına, yüksək hakim adına hörmət ruhunda davranmağına and içib.

Bununla da Plenum öz işinə yekun vurub.

OXŞAR XƏBƏRLƏR

"Bu halda III Dünya müharibəsi başlayacaq"- Orban

Macarıstanın baş naziri Viktor Orban deyib ki, Ukraynanın NATO-ya daxil olması Rusiya ilə münaqişəyə və III Dünya müharibəsinə gətirib çıxaracaq. Bu, ertəsi gün...

Azərbaycan güləşçisi Türkiyədə çempion olub

Türkiyənin Kocaeli şəhərində Yaşar Doğu, Vehbi Əmrə və Hamit Kaplanın xatirə turniri davam edir.   Sfera.az xəbər verir ki, bu gün sərbəst güləş üzrə...

Overçukun Azərbaycan səfəri ləğv olundu

Rusiya baş nazirinin müavini Aleksey Overçukun bu ay Azərbaycana nəzərdə tutulan səfəri ləğv olunub.   Sfera.az məlumatına görə, Azərbaycan hökuməti ...

Azərbaycanlıların saxlanılması ilə bağlı iş xüsusi nəzarətə götürüldü

Rusiya İstintaq Komitəsi Azərbaycan vətəndaşlarının saxlandığı Sverdlovsk vilayətində keçmişdə törədilmiş cinayətlə bağlı cinayət işinin istintaqını xüsusi nəza...

Rusiyada saxlanılan azərbaycanlıların həbsxanadan görüntüləri yayıldı - VİDEO

Rusiyada həbs olunan azərbaycanlıların görüntüləri yayılıb.   Sfera.az xəbər verir ki, sosial şəbəkələrdə yayılan kadrlar cəzaçəkmə müəssisələrinin b...

Markov Yekaterinburq hadisələrini pislədi: "Mülki şəxslərin saxlanma zamanı ölməsi dəhşətdir"

Heç bir müqavimət göstərməyən mülki şəxslərin saxlanması zamanı iki nəfərin ölməsi dəhşətdir.   Sfera.az xəbər verir ki, bunu Rusiya Siyasi Tədqiqatl...