40 şəhid ailəsi və Qarabağ müharibəsi əlilinə mənzillər təqdim olundu – FOTO

40 şəhid ailəsi və Qarabağ müharibəsi əlilinə mənzillər təqdim olundu – FOTO
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Sabunçu rayonu, Ramana qəsəbəsində daha 40 şəhid ailəsi və Qarabağ müharibəsi əlilinə mənzillər təqdim olunub.

Mənzillərin sənədlərini Nazirliyin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin sədri Vüqar Behbudov və Nazirlik yanında İctimai şuranın sədr müavini, Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri Umud Mirzəyev təqdim ediblər. 

V.Behbudov çıxışında şəhid ailələrinə və Qarabağ müharibəsi əlillərinə sosial dəstək göstərilməsi sahəsində aparılan genişmiqyaslı işləri diqqətə çatdırıb. O, Prezident İlham Əliyevin 25 yanvar 2021-ci il tarixli Sərəncamı ilə 2021-2025-ci illərdə şəhid ailələrinə və Qarabağ müharibəsi əlillərinə 11 min mənzil və fərdi ev veriləcəyini vurğulayıb.

Qeyd olunub ki, bu il ərzində 3 minədək mənzil və fərdi ev bu kateqoriyadan olanlara təqdim ediləcək. Bu gün verilən mənzillər də daxil olmaqla 2021-ci ilin planı üzrə artıq 300 mənzil şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə verilib.   2021-ci ildə regionlarda 450 fərdi ev də tikilərək qeyd olunan kateqoriyadan olan şəxslərə təqdim ediləcək.

U.Mirzəyev şəhid ailələri və Qarabağ müharibəsi əlillərinin mənzillə təmin edilmələrinin dövlət başçısının bu kateqoriyadan olan şəxslərə xüsusi qayğısının daha bir təzahürü olduğunu kimi qeyd edib.

Sonra mənzillərlə təmin olunan şəxslər çıxış edərək, hər zaman hiss etdikləri dövlət qayğısına, habelə bu gün yeni mənzillərlə təmin edildiklərinə  görə Prezident İlham Əliyevə təşəkkürlərini ifadə ediblər.

Ümumilikdə indiyədək şəhid ailələrinə, müharibə əlillərinə 9500 mənzil və fərdi ev verilib.


OXŞAR XƏBƏRLƏR

Azərbaycan güləşçisi Türkiyədə çempion olub

Türkiyənin Kocaeli şəhərində Yaşar Doğu, Vehbi Əmrə və Hamit Kaplanın xatirə turniri davam edir.   Sfera.az xəbər verir ki, bu gün sərbəst güləş üzrə...

Overçukun Azərbaycan səfəri ləğv olundu

Rusiya baş nazirinin müavini Aleksey Overçukun bu ay Azərbaycana nəzərdə tutulan səfəri ləğv olunub.   Sfera.az məlumatına görə, Azərbaycan hökuməti ...

Azərbaycanlıların saxlanılması ilə bağlı iş xüsusi nəzarətə götürüldü

Rusiya İstintaq Komitəsi Azərbaycan vətəndaşlarının saxlandığı Sverdlovsk vilayətində keçmişdə törədilmiş cinayətlə bağlı cinayət işinin istintaqını xüsusi nəza...

Rusiyada saxlanılan azərbaycanlıların həbsxanadan görüntüləri yayıldı - VİDEO

Rusiyada həbs olunan azərbaycanlıların görüntüləri yayılıb.   Sfera.az xəbər verir ki, sosial şəbəkələrdə yayılan kadrlar cəzaçəkmə müəssisələrinin b...

Markov Yekaterinburq hadisələrini pislədi: "Mülki şəxslərin saxlanma zamanı ölməsi dəhşətdir"

Heç bir müqavimət göstərməyən mülki şəxslərin saxlanması zamanı iki nəfərin ölməsi dəhşətdir.   Sfera.az xəbər verir ki, bunu Rusiya Siyasi Tədqiqatl...

Bu cütlüklərin boşanma faizi çoxdur - YENİ TƏDQİQAT

İndiana Universitetinin psixoloqları tərəfindən aparılan araşdırma qadın-kişi münasibətləri ilə bağlı maraqlı faktları üzə çıxarıb.   Sfera.az xəbər...