Erməni hərbçinin ölümünün Azərbaycanla əlaqəsi yoxdur - RƏSMİ

Erməni hərbçinin ölümünün Azərbaycanla əlaqəsi yoxdur - RƏSMİ
"Ermənistan Müdafiə Nazirliyi Ermənistan-Azərbaycan dövlət sərhədində Azərbaycan Silahlı Qüvvələrinin bölmələri tərəfindən Ermənistanın Geqarkunik rayonunun Yuxarı Şorca yaşayış məntəqəsi ərazisindəki mövqelərinin guya Kəlbəcər rayonu ərazisindən atəşə tutulması barədə növbəti dəfə yalan məlumat yayıb".

Sfera.az-ın xəbərinə görə, bu barədə Azərbaycan Müdafiə Nazirliyinin yaydığı açıqlamada bildirilib.

Qeyd olunub ki, mayın 25-də günorta saatlarında Ermənistan silahlı qüvvələrinin şəxsi heyətlə dolu yeddi yük maşını sərhədin qeyd olunan sahəsinə yaxınlaşmağa cəhd edib:

"Bölmələrimiz tərəfindən görülən xəbərdarlıq tədbirləri nəticəsində qarşı tərəfin hərəkətinin qarşısı alınıb.

Birmənalı şəkildə bildiririk ki, bölmələrimiz tərəfindən qarşı tərəf istiqamətində heç bir atəş açılmayıb.

Sərəncamımızda olan məlumata əsasən erməni hərbi qulluqçusunun ölümü ilə bağlı insident bədbəxt hadisə nəticəsində baş vermişdir. Bu hadisənin Azərbaycan tərəfi ilə hər hansı bir əlaqəsi yoxdur.

Bildiririk ki, Azərbaycan tərəfi məsələ ilə əlaqədar Rusiya tərəfi ilə də daimi təmasdadır"

OXŞAR XƏBƏRLƏR

Azərbaycanlıların saxlanılması ilə bağlı iş xüsusi nəzarətə götürüldü

Rusiya İstintaq Komitəsi Azərbaycan vətəndaşlarının saxlandığı Sverdlovsk vilayətində keçmişdə törədilmiş cinayətlə bağlı cinayət işinin istintaqını xüsusi nəza...

Rusiyada saxlanılan azərbaycanlıların həbsxanadan görüntüləri yayıldı - VİDEO

Rusiyada həbs olunan azərbaycanlıların görüntüləri yayılıb.   Sfera.az xəbər verir ki, sosial şəbəkələrdə yayılan kadrlar cəzaçəkmə müəssisələrinin b...

Markov Yekaterinburq hadisələrini pislədi: "Mülki şəxslərin saxlanma zamanı ölməsi dəhşətdir"

Heç bir müqavimət göstərməyən mülki şəxslərin saxlanması zamanı iki nəfərin ölməsi dəhşətdir.   Sfera.az xəbər verir ki, bunu Rusiya Siyasi Tədqiqatl...

Bu cütlüklərdə boşanma faizi çoxdur - YENİ TƏDQİQAT

İndiana Universitetinin psixoloqları tərəfindən aparılan araşdırma qadın-kişi münasibətləri ilə bağlı maraqlı faktları üzə çıxarıb.   Sfera.az xəbər...

Məşhur şirkətdən Cümşüdlə bağlı PAYLAŞIM

Xəbər verdiyimiz kimi, Bakının Nərimanov rayonu, Baksol yolu adlanan ərazidə kanalizasiyaya düşən 27 yaşlı Cümşüd Cümşüdlünün meyiti tapılıb.   Sfera...

Ombudsman Rusiyaya müraciət etdi

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Rusiya Federasiyasında baş vermiş azərbaycanlılara qarşı zorakılıq hadisəsi ilə bağlı Rusiya Ombudsman...