Qazaxıstanın daha iki şəhərində Azərbaycan Ticarət Evi açılacaq

Qazaxıstanın daha iki şəhərində Azərbaycan Ticarət Evi açılacaq
Bu gün Qazaxıstanda Azərbaycanın hələki ilk və yeganə Ticarət Evinin açılışını həyata keçiririk. Yaxın aylar ərzində Azərbaycan Ticarət Evi Aktau və Almatı şəhərlərində də özünün filiallarını açmağı nəzərdə tutur".

Sfera.az-ın məlumatına görə, bunu Azərbaycanın Qazaxıstandakı fövqəladə və səlahiyyətli səfiri Rəşad Məmmədov bu gün Qazaxıstanın paytaxtı Nur-Sultan şəhərində baş tutan Azərbaycan Ticarət Evinin rəsmi açılışı zamanı bildirib.

Onun sözlərinə görə, Nur-Sultan şəhərində Azərbaycan Ticarət Evinin açılışı Azərbaycanın 28 may – Müstəqillik Günü ərəfəsində baş tutub.

O qeyd edib ki, Qazaxıstanda Azərbaycan Tivcarət Evinin açılışı iki ölkənin – Azərbaycan və Qazaxıstan prezidentlərinin tapşırığı ilə həyata keçirilib: "Ümid edirik ki, tezliklə ölkənin coğrafiyası Azərbaycan Ticarət Evləri ilə əhatə olunacaq. Bu Ticarət Evinin açılması iki ölkə arasında birbaşa iqtisadi əlaqələrin yaradılması üçün çox yaxşı meydançadır. Bu, qazaxıstanlı iş adamları üçün böyük imkanlar yaradacaq. Azərbaycan Ticarət Evi qazaxıstanlıların Azərbaycan istehsalı olan dadlı məhsullarına və sənaye mallarına çıxış əldə etmək üçün geniş imkan yaradacaq. Bu, iki ölkə arasında ticarəti daha da inkişaf etdirməsi çox mühüm meydandır və geniş imkanlar yaradacaq”.

O vurğulayıb ki, pandemiya bütün ölkələrin planlarını geri salıb. O həmçinin bütün ölkələrin bir-biri ilə iqtisadi inkişafına təsir göstərib. Təbii ki, Azərbaycan və Qazaxıstan pandemiya dövründə də ikitərəfli əlaqələri genişləndirmək üçün müəyyən addımlar atır.

Səfir bildirib ki, pandemiya olmasına baxmayaraq iki ölkə arasında yükdaşımaların həcmi artmaqdadır: "İki ölkənin infrastruktur layihələrinə yatırdığı milyardlarla dollar vəsait iki ölkənin inkişafına imkan yaradır”.

Sonda səfir Qazaxıstanda Azərbaycan Ticarət Evinin açılmasına görə Azərbaycan İqtisadiyyat Nazirliyinə və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fonduna təşəkkürünü bildirib.

Eyni zamanda, bu gün Bakıda Qazaxıstan Ticarət Evinin də açılışı baş tutub.

Qeyd edək ki, Nursultandakı Azərbaycan Ticarət Evində Azərbaycan istehsalı olan məhsullar təqdim edilib.

OXŞAR XƏBƏRLƏR

Qızılın qiymətində durğunluq - Almaq üçün əla fürsət

Qızıl bazarında nadir müşahidə olunan hal yaşanır. Bazarda qiymətlər ötən ayla müqayisədə aşağı düşüb.   Sfera.az Xəzər TV-yə istinadla xəbər ve...

Həlak olan fələstinlilərin sayı 57,8 minə çatıb

İsrail zərbələri nəticəsində Qəzza zolağında ölənlərin sayı son 24 saat ərzində 59 nəfərə çatıb, 208 vətəndaş yaralanma ilə xəstəxanaya yerləşdirilib.  ...

Acunun 22 milyon borcu var

Acun İlıcalının İngiltərədə 22 milyon funt sterlinq borca girdiyi bildirilib.   Sfera.az xəbər verir ki, tanınmış media maqnatının sahibi olduğu &quo...

Türkiyədə kağız fabrikində 50-yə yaxın işçi zəhərləndi

Türkiyənin qərbindəki Aydın vilayətində kağız fabrikinin 50-yə yaxın işçisi qidadan zəhərlənmə şübhəsi ilə xəstəxanaya yerləşdirilib.   Sfera.az ...

Xalq artistinin oğlu: "Həkim səhlənkarlığı ucbatından atamı itirdim"

"Azdrama"ya getmirəm. Elə bil ayağım getmir. "Azdrama" deyəndə teatrın köhnə vaxtları yadıma düşür. Təmirdən sonra teatr tam dəyişib. Bir də...

Gəncədə partlayışda ağır xəsarət alan şəxs öldü

Bir neçə gün əvvəl Gəncədə baş vermiş partlayış və yanğın hadisəsi nəticəsində ağır xəsarət alan şəxs müalicə aldığı xəstəxanada ölüb.   Sfera.az xəb...