Qeyri-neft sektorunda idxal ixracdan niyə çoxdur?

Qeyri-neft sektorunda idxal ixracdan niyə çoxdur?
"Azərbaycanın qeyri neft-qaz idxalının qeyri neft-qaz ixracından çox olması daxili istehlak bazarını xarici faktorlar qarşısında kövrək edir”. 

Sfera.az bildirir ki, belə bir açıqlama Hesablama Palatasının "2020-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinə və büdcənin icrasına dair illik hesabata verdiyi rəydə əksini tapıb. 

Palata hesab edir ki, Azərbaycan ixracının neftdən asılı olması məzənnə sabitliyində təbii resurs amilini, qiymət stabilliyində isə məzənnə sabitliyinin rolunu gücləndirir.

Qeyd edək ki, Azərbaycanın ümumi xarici ticarətində balans müsbət olsa da, qeyri neft-qaz sektoru üzrə xarici ticarətdə böyük natarazlıq var. 2020-ci ilə aid olan məlumata əsasən, qeyri neft-qaz malları üzrə xarici ticarət əməliyyatlarının həcmi 10 milyard dollar təşkil edib. Bunun 1,8 milyard dolları ixrac əməliyyatlarından, 8,2 milyard dolları idxaldan ibarət olub. Qeyri neft-qaz sektoru üzrə xarici ticarət əməliyyatlarında 6,4 milyard dollar kəsir yaranıb. İxrac idxalın 22 faizi qədər olub. 

Qeyri neft-qaz sektoru üzrə xarici ticarətdə kəsirin olması hər zaman müşahidə edilib. Amma belə böyük kəsirin yaranması böyük neft pullarının gəlməsindən sonra qeydə alınıb. Məsələn, 2001-ci ildə qeyri neft-qaz mallarının ixracı 970 milyon dollar, idxalı 1,32 milyard dollar, xarici ticarət kəsiri 357 milyon dollar idi. Həmin ildə ixrac idxalın 73-74 faizinə bərabər idi. 

Bəs, son illərdə qeyri neft-qaz sektorunda yaranan böyük kəsiri aradan qaldırmaq üçün hansı tədbirlər görülməlidir?

Bununla bağlı Sfera.az saytına danışan iqtisadçı-ekspert Xalid Kərimli dedi ki, Azərbaycan hökumətinin yaxın perspektivdə əsas hədəflərindən biri iqtisadiyyatın neft gəlirlərindən asılılığını minimuma endirməkdir. İxracın 90-92 faizinin neft-qaz sektoru hesabına formalaşdığını söyləyən ekspert dedi ki, son illərdə qeyri neft-qaz sektorunun inkişaf etdirilməsi ilə bağlı ardıcıl addımlar atılsa da, xarici ticarətin strukturunda ciddi dəyişiklik yoxdur. 

Onun fikrincə, indiki şəraitdə idxalı azaltmaq yox, ixracı daha çox artırmaq haqqında düşünmək və bu istiqamətdə tədbirlər görmək lazımdır: 

"Kiçik ölkələr hər məhsulu özü istehsal etmir, çünki bu, iqtisadi cəhətdən səmərəli deyil. Buna görə də kiçik ölkələrdə idxalı əvəzləmək effektiv deyil. Azərbaycan da idxalı azaltmaq yox, ixracı artırmaq haqqında düşünməlidir, bu istiqamətdə tədbirlər görməlidir. Çalışmaq lazımdır ki, yüksək texnologiyaya əsaslanan məhsulların ixracını artırmağa nail olaq.

İnkişaf etmiş ölkələrin təcrübəsinə baxsaq, görərik ki, onlarda ixrac əhəmiyyətli dərəcədə çoxdur. Çünki burada texnoloji məhsullar çoxdur. 
Müxtəlif yollarla idxalı da azaltmaq olar. Lakin bu, insanların həyat səviyyəsini pisləşdirər, iqtisadi artımı azalda bilər”. 

X.Kərimli hesab edir ki, ixracın artırılması üçün bir neçə tədbiri birgə, sistemli şəkildə həyata keçirmək lazımdır: 

"Qeyri neft-qaz sektorunu inkişaf etdirmək üçün əlverişli biznes mühiti yaradılmalıdır, ucuz kapitala asan çıxış təmin edilməlidir, kredit əlçatanlığı yaxşı olmalıdır, sahibkarlıq fəaliyyətinə müdaxilələr minimum səviyyəyə endirilməlidir, özəl sektorun qarşılaşdığı problemlər mümkün olduğu qədər qısa müddətdə aradan qaldırılmalıdır. Qeyri neft-qaz sektorunun inkişafını təmin etməsək, nə büdcənin neft pullarından asılılığı azalacaq, nə də ixrac idxalı tam əvəzləyə biləcək”. 

Vasif
Sfera.az


OXŞAR XƏBƏRLƏR

Qızılın qiymətində durğunluq - Almaq üçün əla fürsət

Qızıl bazarında nadir müşahidə olunan hal yaşanır. Bazarda qiymətlər ötən ayla müqayisədə aşağı düşüb.   Sfera.az Xəzər TV-yə istinadla xəbər ve...

Həlak olan fələstinlilərin sayı 57,8 minə çatıb

İsrail zərbələri nəticəsində Qəzza zolağında ölənlərin sayı son 24 saat ərzində 59 nəfərə çatıb, 208 vətəndaş yaralanma ilə xəstəxanaya yerləşdirilib.  ...

Acunun 22 milyon borcu var

Acun İlıcalının İngiltərədə 22 milyon funt sterlinq borca girdiyi bildirilib.   Sfera.az xəbər verir ki, tanınmış media maqnatının sahibi olduğu &quo...

Türkiyədə kağız fabrikində 50-yə yaxın işçi zəhərləndi

Türkiyənin qərbindəki Aydın vilayətində kağız fabrikinin 50-yə yaxın işçisi qidadan zəhərlənmə şübhəsi ilə xəstəxanaya yerləşdirilib.   Sfera.az ...

Xalq artistinin oğlu: "Həkim səhlənkarlığı ucbatından atamı itirdim"

"Azdrama"ya getmirəm. Elə bil ayağım getmir. "Azdrama" deyəndə teatrın köhnə vaxtları yadıma düşür. Təmirdən sonra teatr tam dəyişib. Bir də...

Gəncədə partlayışda ağır xəsarət alan şəxs öldü

Bir neçə gün əvvəl Gəncədə baş vermiş partlayış və yanğın hadisəsi nəticəsində ağır xəsarət alan şəxs müalicə aldığı xəstəxanada ölüb.   Sfera.az xəb...