Şahin Seyidzadə Abşeron Rayon Heydər Əliyev Mərkəzində qəbul keçirib - FOTO

15:36 / 25.05.2021
1627
Milli Məclisin 50 saylı Abşeron-Qobustan seçki
dairəsi üzrə deputatı Şahin Seyidzadə tərəfindən Abşeron Rayon Heydər Əliyev Mərkəzində
fərdi vətəndaş qəbulu keçirilib.
May ayının 24-də 15 vətəndaşın iştirakı ilə
keçirilən fərdi qəbullarda Abşeron rayonu üzrə Aşağı Güzdək, Qobu Hökməli qəsəbələri, Novxanı kəndi, Qobustan
rayonu üzrə Çalov, Ərəbqədim və Yekəxana kənd sakinləri iştirak ediblər.
Həyata keçirilən fərdi qəbulda içməli su, təbii
qaz təminatı, infrastruktur, torpaq, kənd təsərrüfatı, nəqliyyat, hüquq və
sosial təminat mövzuları ətrafında müraciətlər səsləndirilmişdir.